"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Konfet kağızına bükülmüş Əjdər Tağızadə

19 İyun 2015 - 19:29
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Bu yazıda Tənzilə Rüstəmxanlı haqqında heç bir fikir söyləməyəcəm.  

 

Sadəcə onu deyəcəm ki, Tənzilə xanım öz xarakteri ilə Azərbaycan ictimai-siyasi həyatında əksər kişilərdən daha dürüst şəxsiyyət sahibidir.

 

Elə bu səbəbdən də onu qadın kimi, insan kimi, şəxsiyyət kimi aşağılayan Əjdər Tağızadə kimilərinin qarşısında öyməyə heç bir ehtiyac yoxdur.

 

Əjdər Tağızadənin DAK-da problemi var, Sabir Rüstəmxanlı ilə çəkişir,  öz siyasi və maddi maraqlarını hansı iddialar çərçivəsində reallaşdırmağa çalışır, bunlar da söz qonusu deyil.

 

Bu, nə Sabir Rüstəmxanlının həyatda qarşılaşdığı ilk və son qovğadır, nə də Əjdər Tağızadə ömründə intriqa görməmiş adamdır.

 

Söhbət  Azərbaycan xalqının mənimsədiyi dəyərlərə, siyasi etikanın vaz keçilməz prinsiplərinə bağlılıqdan, sayğıdan, hörmətdən gedir.

 

Özünə kişi deyən biri qadının qadınlığını siyasi mübarizə vasitəsinə çevirməz.

 

Özünə kişi deyən biri insanların ailə münasibətlərinə qarışmaz, müdaxilə etməz,  ər-arvad münasibətlərini ictimai müzakirəyə çıxarmaz.

 

Bunu edən birinə KİŞİ deyil, “siyasətin qısa tumanı” demək gərəkir.

 

Mən Azərbaycan diasporasının bu qısa tuman canlısının adını ilk dəfə uzaq 90-cı illərin sonunda eşitmişəm.
O zaman diasporamız yenicə formalaşırdı, Dünya Azərbaycanlıları Konqresinin tədbirləri dövlət dəstəyi olmadan keçirilirdi.  Amma elə ilk böyük tədbirlərdən başlayaraq Əjdər Tağızadə suyu bulandırmağa çalışır, xaricdə yaşayan soydaşlarımız arasında çıxardığı nifaqla ictimai rəyin sərt təpkilərinə yol açırdı.

 

Yadımdadır, o illərdə- 1998- cildə- Emin Eminbəylinin “7 gün” qəzeti yüksək tirajla çıxırdı və həmkarım Asəf Quliyev həmin nəşrdə Əjdər Tağızadəni ifşa edən bir yazı da yazmışdı.

 

Sözün açığı, o illərdən yadımda qalmış bir informasiya var, məhz Əjdər Tağızadəyə aiddir, aid deyil, indi tam xatırlamıram. Amma hafizəmdədir ki, özünü Azərbaycan diasporasının Avropadakı önəmli fiquru sayanlardan biri yaşadığı ölkədə arabada sosiska qızardıb satırdı.  Əjdər Tağızadənin ictimai-siyasi mahiyyəti, çəkisi, sambalı heç zaman bundan artıq olmayıb.  İstənilən səsvermədə onun həyatı boyu alacağı cəmi bir səs olub, onu da özü-özünə verib.

 

Rəhmətlik Əbülfəz Elçibəy insanlara, ətrafında olanlara münasibəti bir az fərqli idi. O, loru dillə desək, nəcisdən konfet düzəltməyi sevirdi. Elçibəyin düzəltdiyi bu cür konfetlər sonra Azərbaycan ictimai şüuru və milli və demokratik mübarizəsi üçün zəhər-zəmbərək oldular.  Elçibəyin ölümündən sonra AXCP-də, BAB-da nə qədər adamın əsl mahiyyəti ortaya çıxdı və bəlli oldu ki,  onlar ya harasa ucuz xəbər daşıyanlar, ya da ən müxtəlif dövlətlərin xüsusi tapşırıqlarını icra edən şəxslər imişlər.  Konfet kağızına bükülmüş Əjdər Tağızadə haqqında da bu cür şübhələr həmişə olub və olacaq, heç kimin İran ETTELAT-ının, yaxud  sovet DTK-nın arxivlərini açmaq imkanı yoxdur.

 

Pəki, bu adam 1990-cı illərdən bəri Bütöv Azərbaycan davası adına hansı fikir, hansı ideya, hansı təşəbbüs ortaya qoyub bəs?

 

Bu adamın hansı müsbət işi, fəaliyyəti, töhfəsi olub Azərbaycana, Arazın hər iki sahilindəki xalqımıza?
Google-nin yaddaşı daha güclüdür deyə, aradım, onun ağzından çıxmış bir dəyərli cümləyə, əməl dəftərinə yazılmış heç bir sağlam fəaliyyətə rast gəlmədim.

 

1990-cı illərdən bəri bu adam ancaq pul söhbəti edir, para davası aparır,  şantajla, möhtəkirliklə, dələduzluqla məşğuldur.

 

Cəhənnəmə qədər yolu var, hara istəyir getsin, nə istəyir etsin!- inanmıram ki bir gün bu fani dünyadan köçəndə haqqında müsbət danışan kimsə olacaq.

 

Fəqət,  bütün Tağızadə kimilərinin heç unutmamalı olduğu bir şey var: Elçibəy çoxdan həyatda yoxdur,  onların özünü də, yediklərini də konfet kağızına daha heç kim bükməyəcək!

– See more at: http://teleqraf.com/news/59957#sthash.VuWtRU9C.dpuf

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Çıraqov və digərləri Ermənistana qarşı” iş üzrə qərarını elan etdi

Next Post

Erməni məşqçi: “Bakıya valeh oldum…”

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Erməni məşqçi: “Bakıya valeh oldum...”

"Bakı-2015"-də taekvondo üzrə mükafatlar uğrunda mübarizə mərhələsi... - CANLI YAYIM

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.