"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Konqresdəki sanksiya layihəsi: ya təxirə salınacaq, ya da…

19 Mart 2016 - 09:24
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Konqresdəki sanksiya layihəsi: ya təxirə salınacaq, ya da...

Politoloq hesab edir ki, əfv fərmanına ABŞ-ın reaksiyası belə düşünməyə əsas verir

Prezident İlham Əliyevin əfv fərmanı ilə 14 nəfər siyasi məhbus kimi tanınan şəxsin azadlığa buraxılmasına beynəlxalq reaksiyalar gəlməkdədir. ABŞ çoxlu sayda məhkumun azad edilməsi istiqamətində Azərbaycan hökumətinin müsbət addımını alqışlayır. Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi saytında yerləşdirilmiş dövlət katibi Con Kerrinin bəyanatında deyilir.
Dövlət katibi həmçinin deyib ki, əlavə müsbət nəticələrə nail olmaq üçün ABŞ Azərbaycanla əməkdaşlığı davam etdirməyə ümid edir.
Dövlət Departamentinin sözçüsü Con Kirbin isə bəyan edib ki, ABŞ Azərbaycan hökumətinin insan haqları sahəsindəki işlərinə görə və ya fundamental azadlıqlarından istifadə etdiklərinə görə həbs edilmiş ondan çox şəxsin azadlığa buraxılması kimi müsbət addımını alqışlayır. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi açıqlama yayıb. Dövlət Departamentinin sözçüsü bildirib ki, azad edilmişlər arasında tanınmış hüquq müdafiəçisi Rəsul Cəfərov, Seçkilərin Monitorinqi v Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli, talış etnik azlığının nəşrinin baş redaktoru Hilal Məmmədov və Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublu var. Jurnalist və sülh fəalı Rauf Mirqədirov da şərti azadlığa buraxılıb. ABŞ Dövlət Departamenti Azərbaycan hökuməti ilə əlavə müsbət addımlar üzərində işləməyə hazırdır: “Biz həmçinin hökuməti eyni azadlıqlardan istifadə etdiklərinə görə həbs edilmiş sayılan digər məhbusları da azad etməyə və azadlığa çıxmışların hərəkət etmə azadlıqlarına qoyulmuş məhdudiyyətləri aradan götürməyə çağırırıq”.
Avropa Birliyinin demokratiya və insan haqları üzrə ali nümayəndəsi Federika Moqerini də  Azərbaycan prezidenti İlham Əliyev tərəfindən imzalanan əfv sərəncamını alqışlayıb: “Bu gün Azərbaycan prezidenti Novruz bayramı münasibəti ilə aralarında siyasi partiya və QHT nümayəndələri, həmçinin jurnalistlərin olduğu 148 nəfəri əfv edib. Bu müsbət addımdır, bu məsələ mənim fevralın 29-da Azərbaycana səfərim zamanı müzakirə olunub. Bu addımı alqışlayırıq. Eyni zamanda ümid edirik ki, gələcəkdə də bu istiqamətdə addımlar atılacaq.
Müstəqil və rəngarəng vətəndaş cəmiyyəti ölkənin rifahı və onun stabilliyi üçün mühüm töhfədir”.
Siyasi məhbuslar məsələsini əsas göstərək Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan “Azərbaycanda demokratiya Aktı” adlı qanun layihəsinin müəllifi olan ABŞ Helsinki Komissiyasının sədri konqresmen Kris Smit də Azərbaycanda 14 siyasi məhbusun azadlığa buraxılması ilə bağlı bəyanat verib. O, bəyanatda 14 siyasi məhbusun azad olunmasını müsbət adlandırıb: “Qanunsuz olaraq məhbus edilmiş şəxslərin ailələrinə qovuşmasından rahatlıq duydum. Lakin mən Azərbaycanda siyasi motivli ittihamlarla həbsxanada qalan bir çoxları ilə bağlı narahat olaraq qalıram. Xədicə İsmayılova, İntiqam Əliyev və İlqar Məmmədov da daxil bir çoxları da azad edilməlidirlər. Mən hörmətli bir şəkildə prezident Əliyevdən təkcə bütün siyasi məhbusları azad etməsini deyil, həm də bütün dünyada tanınmış insan haqlarından istifadəni qadağan edən qanun və qaydaların ləğvini rica edirəm”.
Xatırladaq ki, Smit 2015-ci il, dekabrın 16-da, Azərbaycanda müstəqil jurnalistlərin, müxalifət siyasətçilərinin və vətəndaş cəmiyyəti qruplarının səslərinin boğulması üçün hökumət tərəfindən edilən sistematik cəhdlərə diqqət çəkən “Azərbaycanda Demokratiya haqqında” qanun Konqresə təqdim edib. Bu qanun layihəsində Azərbaycan hökumətinin yüksək vəzifəli nümayəndələrinə və onlarla biznes əlaqələrindən əhəmiyyətli mənfəət əldə edənlərə, habelə təhlükəsizlik və ədliyyə orqanlarının nümayəndələrinə ABŞ vizasından imtina edilməsindən başqa, bir sıra maliyyə cəzalarının tətbiq edilməsi də nəzərdə tutulur. Bu layihədə bildirilir ki, sanksiyalar Azərbaycan hökuməti siyasi məhbusların azad edilməsi istiqamətində böyük tərəqqi əldə etdikdən, habelə vətəndaş cəmiyyətinin qısnanmasına son qoyduqdan və azad ədalətli seçkilər keçirdikdən sonra qaldırıla bilər.
Əfv fərmanına beynəlxalq reaksiyanı və bu fərmanının sözügedən layihəni gündəmdən çıxarıb-çıxarmayacağını şərh edən Politoloq Qabil Hüseynli hesab edir ki, əfv fərmanına beynəlxalq reaksiyanın müsbət olduğu ortadadır. Bu addım atılmalı idi, zəruri idi. Çünki həm Azərbaycanın həm iqtisadi layihələri qərbyönümlüdür, həm də xarici siyasət xəttində qərbyönümlü çalarlar get-gedə artır: “Doğrudur bu, tarazlaşdırılmış siyasi xəttin bütünlüklə dəyişməsi demək deyil. Amma hər halda Qərbə yönəlik siyasi xəttin xeyli yumşalması və orada pozitiv çalarların yaranması aydın nəzərə çarpmaqdadır. Avropa ölkələri, eləcə də ABŞ Azərbaycanda siyasi məhbuslarla bağlı məsələləri uzun müddətdir ki, gündəmdə saxlayırlar. Siyasilərin görüşlərində də bu məsələlər müzakirə edilir. Bir çox hallarda siyasi məhbus məsələsi Azərbaycanla ABŞ və bəzi Avropa dövlətləri arasında münasibətlərin sərinləşməsi üçün səbəb olmuşdu. Sözsüz ki, prezidentin əfv fərmanı həm miqyasına görə böyük fərmandır, həm də xeyli sayda siyasi məhbusun azad edilməsi ilə ciddi əhəmiyyəti olacaq. Azərbaycan əgər bu istiqamətdə müsbət addımlar atmağa başlayırsa, bunun davamı olacağını da gözləmək mümkündür. Son dövrlərdə Azərbaycanın xarici siyasət xəttində əmələ gələn müsbət çalarlar, xüsusilə TAP və TANAP qaz layihələrinin həm işinin sürətləndirilməsi, həm də Qərb tərəfindən hərtərəfli dəstəklənməsi Azərbaycanı da xeyli ruhlandırıb. Güman edirəm ki, qarşılıqlı olaraq, həm Azərbaycan tərəfinin atdığı, həm də Qərb tərəfinin atdığı addımlar son nəticədə Azərbaycan-Qərb münasibətlərinin daha da yüksək səviyyəyə qalxmasına gətirib çıxaracaq”.
 
Politoloq hesab edir ki, böyük ehtimalla Helsinki Komissiyasının Azərbaycanla bağlı hazırladığı sanksiya layihəsi ABŞ Konqresinin gündəmindən çıxarılacaq: “Çünki ABŞ-ın siyasətində son dövrlər Azərbaycanı himayə etmək, ruhlandırmaq və xüsusən prezident İlham Əliyevin yeritdiyi siyasəti dəstəkləmək kimi bir tendensiya müşahidə olunmaqdadır. Özü də bu, açıq-aşkar Obamanın özünün təlimatı əsasında həyata keçirilən xətdir. Azərbaycana, onun iqtidarına qarşı Helsinki Komissiyası tərəfindən irəli sürülən “Azərbaycanda Demokratiya Aktı” adlı qanun layihəsi böyük ehtimalla ya Konqresin gündəliyinə daxil edilməkdən təxirə salınacaq, ya da birdəfəlik arxivə göndəriləcək. Son əfv fərmanına verilən reaksiyalar da bunu söyləmək üçün müəyyən əsas verir. Əfv fərmanı prezident İlham Əliyevin martın sonunda Vaşinqtonda keçiriləcək nüvə təhlükəsizliyi sammitində Barak Obama ilə ikitərəfli görüşünün baş tutmasına da təsir göstərə bilər”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Rusiyada sərnişin təyyarəsi qəzaya uğrayıb: 61 ölü (YENİLƏNİB)

Next Post

Avropa İttifaqı Türkiyəyə 6 milyard avro ayıracaq

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Avropa İttifaqı Türkiyəyə 6 milyard avro ayıracaq

Ermənilər Kasprşiki saymadı - Atəşkəs pozuldu

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.