"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Könül Əbilova: “Ən böyük arzum anam üçün yaradıcılıq gecəsi keçirməkdir”

24 Yanvar 2024 - 16:15
in MANŞET, MƏDƏNİYYƏT

 

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Elchi.az-ın bu günki müsahibi Gənc Tamaşaçılar teatrının aparıcı aktrisası, Prezident mükafatçısı Könül Əbilovadır.


– Könül xanım, gəlin müsahibəyə oxuculara tanışlıq verməklə başlayaq.

–  Mən Könül Əbilova  2011-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin Dram teatrı və kino aktyoru sənəti üzrə bakalavr, 2018-ci ildə  eyni ixtisas üzrə magistr təhsilini bitirmişəm. Universitetdə oxuduğum vaxtlardan  İrəvan Dövlət Teatrında fəaliyyət göstərmişəm.  2015-ci ildən Gənc Tamaşaçılar Teatrında çalışmışam və hazırda aparıcı aktrisa olaraq fəaliyyətimi bu teatrda davam elətdirirəm.

– Niyə məhz aktrisa olmaq qərarına gəldiniz?

– Uşaq yaşlarımdan  bu sahəyə həvəsli idim.  Məktəb vaxtlarda demək olar ki, bütün   tədbirlərdə, və  səhnələrdə   iştirak edirdim. Ailəmdən bu  sahədə heç kəs olmayıb. Anam müəllimə idi, bundan əlavə yaradıcılıqla da məşğul olub. İki kitab müəllifidir. Təəssüf ki,  yazdığı romanı  davam etdirə bilmədi. Ən böyük arzularımdan biri anam üçün yaradıcılıq gecəsi keçirməkdir.


– Ölkəmizdəki teatrın son durumu sizi qane edir?

– Bəli. Öz teatrımızı nəzərdə  tutaraq bunu deyirəm. Teatrımızda  balacalar, həm də böyüklər üçün bir birindən maraqlı tamaşalar qurulur.

– Bayaq ananızın ədəbiyyatla  məşğul olduğunu qeyd etdiniz.
Heç ağlınızdan keçib,  nə vaxtsa ananınız əsətlərlərini teatrda və yaxud digər tədbirlərdə işıqlandırılsın?

– Anamın sırf şeirləri ilə bağlı təqdimat keçirmək istəyirəm. Hansı ki orada şeirlər səsləndirilsin və müzakirə olunsun. Bununla bağlı bəzi danışıqlara başlanılıb. Ümüd edirəm bu arzumu həyata keçirə biləcəm. Həmin şeirlərdən birini təqdim etmək istəyərdim:

Dünyaya gələndən borc içindəyik
Zamana gündəlik gün ödəyirik.
Yasaq meyvələrin “bəhrə – barıdı”
Adəmlə Həvvaya dün ödəyirik.

Ödəyirik göz yaşı göydə buluda,
Ödəyirik könlü də yandırıb – oda;
Həmişə şeytanı salıb qabağa,
Tanrının borcunu son ödəyirik.

Açılmır sübhümüs nə vaxtsa bir dan,
Olum əzablıdır yox olmur bir an;
Torpaqdan yaratdı bizi yaradan,
Öləndə ona da can ödəyirik.

– Gənc aktrisa olaraq gələcəklə bağlı  hansı planlarınız var?

– Teatrda özümü daha  xoşbəxt hiss edirəm. Məni qane eləyən təklif gələrsə film və serial təkliflərinə  razı olaram. Bir çox film və seriallarda da çəkilmişəm, lakin  teatr mənə daha yaxındır. Burada  aktrisa olaraq  özgüvənimi, məsuliyyətimi  daha çox hiss edirəm. Səhnə mənim yaxın sirdaşımdır. Bir deyim var sən teatrı yox, teatr səni seçir. Düşünürəm mən də bu sahədə seçilmişlərdənəm. Bu sahədə özümü xoşbəxt hiss edirəmsə deməli səhnə məni seçib.

– Ən çox bəyəndiyiniz və özünüz üçün uğurlu hesab etdiyiniz rol hansıdır?

– Demək olar ki, repertuarların bir çoxunda varam. Bunlardan Nicat Kazimovun “Leyli və Məcnun”, Bəhram Osmanovun “Don Kixot”, Vaqif Əsədovun “Oqtay Eloğlu”,
Mehriban Ələkbərzadənin “V.X.A”,
Nofəl Vəliyev “Antiqona”,
Nicat Kazımov “Tık-tık xanım”, Elşad Rəhimzadə “Mauqli”,
Ağalar İdrisoğlu “Aycan” və s qeyd etmək olar. Oynadığım obrazın böyük və kiçik olmasının  fərqi yoxdur.  Sonuncu dəfə Nicat Kazımovun təşkil elədiyi “Tık-tık xanım” tamaşasında  pişik rolu oynadım. Heç bir sözüm olmasa da ən çox sevdiyim obrazlardan biri idi. Vizual, estetik  görünüş,  plastik həlli, maraqlı geyimi və rəqsləri ilə fərqlənirdi oynadığım obraz. “Tık-tık xanım”dan əlavə  Leyli və Məcnun tamaşasında Leylinin rəfiqəsi Gülşad canlandırdım. Orada əslində vizual görünüşüm böyük görünsə də, incəlik qataraq o obraza girmişəm. Mehriban Ələkbərzadə “V.X.A” tamaşasında bir qadın obrazını canlandırdım. Həmin dönəmdə anamı itirmişdim, travma yaşayırdım. Lakin öz dərdimi unudaraq o  obraza girə bildim. Orada bir rahatlıq, xoşbəxtlik tapdım sanki. Çünki  o rolunu Könül olaraq yox, Anna olaraq oynamışdım. Həmin obrazdan sonra özümü toparlanmağa çalışdım. Kollegalarım da həmin ərəfələrdə mənə çox dəstək göstərdilər.

– Bəs maddi tərəfdən teatr sizi qane edir?

–  Əgər bir işi sevirsənsə əvvəl axır o sahədə uğur qazanacaqsan və lazımi məvacibi əldə edəcəksən. Pandemiya vaxtı bir  neçə dəfə teatra gəldim, otaqdakı boşluğu görüb çox darıxmışdım. Dildə desəm belə bu sənəti heç vaxt atmaram, ruhən teatrla yaşayıram.

– Qarşıdakı aylarda  “Qaraca qız” tamaşası qurulacaq. Bu barədə istəyərdim biraz danışansınız.

–   Cənnət Səlimovanın “Qaraca qız” tamaşasında  Pəricahan xanımı canlandıracam. Pəricahan xanım Ağcanın  anası obrazındadır. Hal hazırda pyesin oxunuş ərəfəsindəyik. Hələki öz obrazımı yaratmağa çalışıram. Pəricahan xanım özündən razı, soyuqqanlı obrazdır. İnanıram ki bu tamaşamız da çox uğurlu olacaq. Nofel  Vəliyev tamaşada ikinci rejissor olaraq iştirak eləyir. Bundan öncə “Antiqona”  tamaşasında rol oynadım. Həmin tamaşada da sözlərim olmasa da, vizual görünüş və yaratdığım  obraz maraqlı idi.

– Boş vaxtlarda məşğuliyyətiniz nə olur?

–  Boş vaxtlarımda kitab oxuyuram. Mütaliə etməyi, film izləməyi, idmanla məşğul olmağı və  gəzməyi çox sevirəm. Çalışıram boş zamanımı səmərəli keçirdim.

– Burda diplomlarınızı görürəm, fəaliyyətinizdə diplomların əhəmiyyəti nə dərəcədədir?

–  Sənətlə məşğul olan insan üçün onların əhəmiyyəti böyükdür. Diplomlar bizə,  sənətimizə, zəhmətimizə  verilən dəyər əsasında təqdim olunur.
Ən sevindirici məqamlardan biri keçən ildə Prezident  mükafatına layiq görülməyim oldu.  Buna mənəvi ehtiyacım var idi.  Məni bu mükafata layiq bildikləri üçün rəhbərliyimə  öz təşəkkürümü bildirirəm.

 

Havar Şəfiyeva

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İsrail-Qəzza müharibəsində kritik gün: qərar cümə günü olacaq

Next Post

Orbanın təklifi İsveçi hiddətləndirdi: O, bizi alçaltmaqdan həzz alır

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post
Orbanın təklifi İsveçi hiddətləndirdi: O, bizi alçaltmaqdan həzz alır

Orbanın təklifi İsveçi hiddətləndirdi: O, bizi alçaltmaqdan həzz alır

Tayvanda soyuq hava 145 nəfərin həyatına son qoyub

Tayvanda soyuq hava 145 nəfərin həyatına son qoyub

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.