"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Koreyalı həkimlər köçkünlərə tibbi xidmət göstəriblər

18 Aprel 2015 - 19:32
in SOSİAL
BJ9je3H8Y2Koreyanın Azərbaycandakı səfirliyi və Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının (SEBA) təşkilatçılığı ilə Füzuli rayonunda məcburi köçkünlər üçün “Sabaha sağlam ruhla” adlı layihə həyata keçirilir.

 

Bunu da oxuyun

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

Bu ərazilərimizə qar yağdı

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

APA-nın xəbərinə görə, layihə çərçivəsində Kyung Hee Universitetinin SEBA-nın nəzdindəki Koreya Şərq Təbabəti Klinikasının əməkdaşları, koreyalı həkim-professorlar və fizioterapevtlər tərəfindən iki gün ərzində 260 nəfər məcburi köçkünə könüllü tibbi xidmət göstərilib.

 

Osteoxondroz, iflic, artrit, revmatizm, əzələ ağrıları və digər xəstəliklərdən əziyyət çəkən insanların müayinəsi ilə bərabər, hər bir pasiyentə dərman bağlamaları da paylanılıb.

 

Layihə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və FüzuliRayon İcra Hakimiyyətinin dəstəyi ilə reallaşıb.

 

Səfər çərçivəsində Koreyanın Azərbaycandakı səfiri Çoi Suk-İn və SEBA-nın sədri Ruhəngiz Heydərova Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevlə görüşüb, məcburi köçkünlərin məskunlaşdığı “Zobucuq 2” qəsəbəsində olublar. Bir məcburi köçkün ailəsinə səfirlik və SEBA tərəfindən məişət texnikaları hədiyyə edilib.

 

Layihə çərçivəsində Horadiz şəhər 3 nömrəli tam orta məktəbində 3-5-ci sinif şagirdləri arasında “Sehrli nağıl” rəsm müsabiqəsi təşkil olunub. Şagirdlər Azərbaycan nağılı “Göyçək Fatma” və Koreya nağılı “Şim Çonqun hekayəsi” haqqında təsəvvürlərini rəsmlərdə təsvir ediblər.

 

Tədbirdə çıxış edən Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və məktəbin direktoru Vüsalə Qəhrəmanova layihəni Koreya-Azərbaycan dostluq münasibətlərinin göstəricisi olduğunu qeyd edərək, cəbhə bölgəsində yaşayan füzulililəri yaddan çıxarmadıqları üçün Koreyanın Azərbaycandakı səfirliyinə və SEBA-ya təşəkkürlərini bildiriblər.

 

Səfir çıxışında qeyd edib ki, “Sabaha sağlam ruhla” layihəsi Koreya-Azərbaycan arasında qarşılıqlı anlaşma və inam əsasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi məqsədi daşıyır. Azərbaycan və Koreya bir-birindən uzaq məsafədə yerləşsələr də, hər iki nağılı oxuduqda xalqlar arasında ümumi cəhətləri görmək olur.

 

Sonra müsabiqənin qalibinə və iştirakçılara hədiyyələr təqdim edilib.

 

Həmin gün Horadiz şəhərində nümayiş olunan “Memarlıq-101” Koreya filmi tamaşaçıların böyük marağına səbəb olub.

 

Səfir bildirib ki, Koreya səfirliyinin 10 ildən az müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan-Koreya münasibətləri yüksək səviyyədə inkişaf edir. Bu münasibətlər tək siyasi deyil, həm də iqtisadi və mədəniyyət sahələrini əhatə edir. Səfirlik xalqlarımız arasında anlaşmanı inkişaf etdirmək məqsədilə müxtəlif tədbirlər həyata keçirir. Bu cür tədbirlər xalqlarımızı və ölkələrimizi daha da yaxınlaşdırır.

 

Layihənin bu il Azərbaycanın daha iki rayonunda da həyata keçirilməsi nəzərdə tutulur.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycana qarşı yeni təxribat

Next Post

Lukaşenko Moskvada keçiriləcək paradda iştirak etməyəcək

Bənzər yazılar

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

06 May 2024 - 11:46

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Elchi.az  xəbər...

Bu ərazilərimizə qar yağdı

Bu ərazilərimizə qar yağdı

06 May 2024 - 09:51

Mayın 6-sı saat 9:00-a olan məlumata əsasən Azərbaycanda yağıntılı hava şəraiti davam edir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat...

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

05 May 2024 - 15:39

Tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a verilən xəbərə görə, mayın 6-da Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir ki, bu...

Faktiki hava: Bu rayonlara yağış yağdı

Külək güclənəcək, yağış yağacaq

02 May 2024 - 16:51

Bakıda və Abşeron yarımadasında müşahidə olunan küləkli hava şəraitinin mayın 4-dək fasilələrlə davam edəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25...

Next Post

Lukaşenko Moskvada keçiriləcək paradda iştirak etməyəcək

ABŞ İŞİD-i silah, pul və ərzaqla təmin edir - İddia

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.