Elchi.az xəbər verir ki, Koronavirusun ilk qeydə alındığı Uhan da daxil olmaqla bir çox Çin şəhəri ölkə lideri Si Szinpinin Sıfır-Covid siyasəti səbəbindən karantinə alınıb.
Uhandakı bir ərazidə 800,000-dən çox insana oktyabrın 30-a qədər evdə qalması bildirilib.
Bir yerli vətəndaş karantin qərarı ilə bağlı dedi: “Hər şeyə uyuşmuşuq. Getdikcə uyuşuruq”. Dünyanın ən böyük iPhone istehsal müəssisəsinin yerləşdiyi Zhengzhou şəhəri də karantin qərarından təsirləndi.
Çində üçüncü gündür ki, mindən çox hadisə qeydə alınıb. Bu ayın əvvəlində Si Szinpinin “sıfır Covid” siyasətində heç bir rahatlama olmayacağına işarə edərək, bunu “virusun yayılmasını dayandırmaq üçün xalq müharibəsi” adlandırdı. Təhlilçilər oktyabrın 24-nə olan məlumata görə, ölkə daxilində 28 şəhər müəyyən dərəcədə karantin rejimi tətbiq edib.
Son günlər ölkə üzrə 200-ə yaxın karantin tətbiq edilib ki, onların da əksəriyyəti yüksək və ya orta risk kimi qeyd olunub. Fərqli ərazilərdə yaşayan insanlar aşağı, orta və ya yüksək riskli ərazidə olmalarına görə fərqli qaydalara tabedirlər.
Uhan, son iki həftədə 200-dən çox hadisə ilə bu həftə gündə 25-ə qədər yeni infeksiya olduğunu bildirdi.(BBC)
Şayəstə




