Körpələrə verilən adlar – Bakıxan, Lənkəran, Ağsurə…

>

Azərbaycanda bəzi körpələrə şəhər və rayon adları qoyulub.

Bunu da oxuyun

Elchi.az Ədliyyə Nazirliyinə istinadən xəbər verir ki, son beş ildə 3 körpəyə Bakıxan adı verilib.

Bundan başqa son beş ildə 5 körpəyə Gəncəli (bu il ərzində 3 körpəyə), 3-nə Gəncəvi, 241-nə Babək (bu il 31-nə), bir körpəyə Ağsurə, 200-nə Cəbrayıl (bu il 31 körpəyə), 1 körpəyə Cəbrayılnur, 80 nəfərə Füzuli (bu il 14), 101 nəfərə Laçın (bu il 10), 1-nə Lənkəran, 207-nə Oğuz (bu il 35), 38-nə Oğuzxan (bu il 10), 2-nə Oğuzhan, 1-nə Oğuzcan, 1-nə Oğuzkaan, 1 körpəyə isə Oğuzaslan adı verilib. Bundan başqa son beş ildə 5 körpəyə Quba, 5-nə Qubaxanım, 1-nə Qubaşah, 10-na Tovuz, 2-nə Şamaxı, 1-nə Şuşa, 1 körpəyə Şuşanur, 1-nə Şəki, 1 körpəyə Şəkixanım, 1-nə Şəkilə, 1-nə isə Şəkixan adları verilib. Son beş ildə bir körpə isə Şəmkir adını alıb.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728