Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev bildirib ki, Rusiya-Çin hərtərəfli tərəfdaşlıq münasibətləri hazırda tarixin ən yaxşısıdır.
Elchi.az xəbər verir ki, onun sözlərini TASS sitat gətirir .
Senator onların yeni mərhələyə qədəm qoyduğunu və iki ölkənin inkişafında, beynəlxalq mövqelərinin möhkəmləndirilməsində, təhlükəsizliyinin təmin edilməsində mühüm amilə, eləcə də bütün planetimizdə sülhün və sabitliyin qorunmasının etibarlı təminatına çevrildiyini qeyd edib.
Agentliyin məlumatına görə, Rusiya parlamentinin nümayəndə heyəti Çində səfərdədir. Səfər Çinin Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Zhao Lejinin dəvəti ilə baş tutub.
Nuranə Məmmədova





