İsrail Kovid-19-un yeni variantı “BA.2.86″nın ölkədə göründüyünü açıqlayıb.
Elchi.az xəbər verir ki, İsrail İctimai Yayım Təşkilatı (KAN) məsələ ilə bağlı Təl-Əviv Sourasky Tibb Mərkəzinin rəsmilərinin izahatını daxil edib.
Xəbərlərdə İsraildə tapılan yeni variantın ABŞ, İngiltərə və Danimarkadan sonra dünyada aşkar edilən 4-cü hal olduğu qeyd edilib.
Xəbərdə, yeni variantın daşıdığı çox sayda mutasiya ilə vaksinləri təsirsiz hala gətirə biləcəyi və bununla da Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) narahat etdiyi qeyd edilib.
Ümumdünya Səhiyyə Təşkilatı avqustun 17-də verdiyi açıqlamada BA.2.86 olaraq elan edilən variantın statusunu daşıdığı çox sayda mutasiyaya görə “müşahidə altında olan variant” olaraq yeniləyib.
Nuranə Məmmədova




