Ukraynada keçirilən parlament seçkilərinin ilkin nəticələri açıqlanıb. Bu nəticələr 5 gün öncə Kiyevdə səfərdə
olarkən musavat.com-un əməkdaşına açıqlama verən politoloq Andrey Kravçukun (o, ölkənin ilk prezidenti Leonid Kravçukun nəvəsidir) proqnozları ilə üst-üstə düşür.
olarkən musavat.com-un əməkdaşına açıqlama verən politoloq Andrey Kravçukun (o, ölkənin ilk prezidenti Leonid Kravçukun nəvəsidir) proqnozları ilə üst-üstə düşür.Qeyd edək ki, nəvə Kravçukl sabiq baş nazir Yuliya Timoşenkonun şansını zəif qiymətləndirmiş, onun nəinki seçki birincisi, ikincisi, hətta üçüncüsü də ola bilməyəcəyini söyləmiş, bununla belə, onun parlamentə düşəcəyini qeyd etmişdi. İlkin nəticələrə görə, Timoşenkonun “Batkvişina” bloku cəmi 20 mandat qazanıb.
Andrey Kravçuk prezident Petro Poroşenkonun və indiki baş nazir Arseni Yasenyukun rəhbərlik etdikləri blokun qələbəyə daha yaxın olduqlarını qeyd etmişdi. Prezidentin bloku parlamentdə 125, baş nazirin bloku isə 84 mandat qazanıb. Güman ki, hökuməti də elə onlar formalaşdıracaqlar.



