Ekspert: “Bu, hüquq və azadlıqlara birbaşa ziddir; DİN: ”İddialar həqiqəti əks etdirmir”
Ölkədə problemli kreditlərin həcmi artdıqca, buna qarşı yeni üsullar da düşünülür, vətəndaşlara kreditlərini ödəmələri üçün müxtəlif təzyiqlər edilir. Daha öncə bankların kredit borcunu vaxtında ödəməyən vətəndaşlara qarşı inzibati təzyiqlər etməsi, hətta onların evlərinə “qolu zorlu” əməkdaşlarını göndərməsi ilə bağlı mətbuat səhifələrində çoxsaylı məlumatlar dərc olunub.
Belə görünür ki, indi də tamam fərqli üsula əl atılıb. Belə ki, deputat Fazil Mustafanın Milli Məclisdə çıxışı zamanı səsləndirdiyi fikrə görə, artıq vergi, kredit borcu olanların şəxsiyyət vəsiqələrinin vaxtını uzatmırlar. Məsələ ilə bağlı deputat tam olaraq aşağıdakıları bildirib: “Azərbaycanda bir sıra xidmətlərin ”ASAN xidmət”ə verilməsi çox yaxşıdır. Ancaq indi şəxsiyyət vəsiqəsini dəyişdirmək istəyənlər üçün ciddi problemlər yaranıb. Ya kredit borcu, ya da vergi borcuna görə deyirlər ki, şəxsiyyət vəsiqəsinin vaxtı uzadıla bilməz. Vətəndaş nə etsin ki, devalvasiya baş verib, nəticədə o, yoxsullaşıb və kreditini ödəyə bilmir. Şəxsiyyət vəsiqəsi cinayətkara da verilir. Bu hüququ məhdudlaşdırmağın mənası yoxdur”.

Məsələ ilə bağlı “ASAN xidmət”in İnformasiya şöbəsinin müdiri Anar Hüseynov bildirib ki, vətəndaşlara şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi “ASAN xidmət”də həyata keçirilsə də, bu məsələ Daxili İşlər Nazirliyinin nəzarətindədir: “Bu cür problemlə üzləşən vətəndaş Daxili İşlər Nazirliyinə müraciət etməlidir. Çünki mərkəzlərdə şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi xidməti Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilir”.
Problemin hüquqi tərəfləri ilə bağlı hüquqşünas Ələsgər Məmmədli “Yeni Müsavat”a bildirdi ki, bu cür yanaşma doğru deyil: “Çünki şəxsiyyət vəsiqəsinin verilməməsi ilə bağlı vergi və ya kreditin olması fərq etmir. Hər hansı bir vergi borcunun olması insanların şəxsiyyət vəsiqəsinə çıxış imkanını əlindən almır. Heç bir qanunda verilməyən halların içərisində bu, nəzərdə tutulmayıb. Eyni zamanda da kredit borcları, yaxud da şəxsin dövlətə olan bir öhdəliyinə görə başqa hüququndan məhrum olunması doğru yanaşma deyil. Şəxsin şəxsiyyət vəsiqəsi və ya xarici pasportu bütün hallarda onun şəxsiyyətini müəyyən edən və istisnalar olmadan təqdim edilən sənəddir. Yəni Azərbaycan vətəndaşının bütün hallarda şəxsiyyət vəsiqəsi olmalıdır. Onu identifikasiya edən sənəd şəxsiyyət vəsiqəsidir. Vətəndaş borclu olduğu, olmadığı zaman da onu identifikasiya edən sənəd şəxsiyyət vəsiqəsi sayılır. Qeyd olunan yanaşma bilavasitə hüquq və azadlıqlara ziddir. Bu, praktikada tətbiq olunsa da, hüquqda yeri yoxdur. Hüquqdan kənar praktikalar isə Azərbaycanın imicinə də zərər verir”.

Ə. Məmmədliyə görə, ümumiyyətlə, şəxsiyyət vəsiqəsinin verilməmə məsələsi ola bilməz: “Qeyd etdiyimiz kimi, bu, insanları identifikasiya edən sənəddir. Hətta həbsxanada olan şəxsin də şəxsiyyət vəsiqəsi olmalıdır. Şəxs Azərbaycan vətəndaşıdırsa, bu sənədi almalıdır. Yaş kateqoriyasında fərq varsa, başqa formada alacaq. Bütünlükdə şəxsin vəsiqəni almasına məhdudiyyət qoyan bir hal yoxdur”.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən isə qəzetimizə bildirildi ki, kredit borcu olanların şəxsiyyət vəsiqəsinin dəyişdirilməməsi ilə bağlı səsləndirilən iddialar həqiqəti əks etdirmir. Məlumatda qeyd olunur ki, istisna hal yalnız mülki-hüquqi öhdəliklərin icrasından yayınan və məhkəmə tərəfindən barəsində axtarış verilən şəxslərə şamil edilir. Qalan bütün hallarda vətəndaşlar istədiyi vaxt şəxsiyyət vəsiqəsinin alınması və yenilənməsilə ilə bağlı müraciət edə bilərlər. Qeyd olunub ki, hüquq-mühafizə orqanları ilə heç bir problemi olmayan, şəxsiyyət vəsiqəsinin alınmasında yaxud dəyişdirilməsində çətinlik çəkən vətəndaşlar Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinə müraciət edə bilər.
Əlavə edək ki, DİN-in saytında şəxsiyyət vəsiqəsi ilə bağlı aşağıdakılar qeyd olunur: “Azərbaycan Respublikası vətəndaşlığına qəbul olunmuş şəxsin, həmçinin vətəndaşlığa bərpa olunmuş şəxsin sənədləri. 25, 35, 50 yaşına çatdıqda və ya vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişdirildikdə və ya onun şəxsiyyət vəsiqəsində olan yazılar təhrif edildikdə, şəxsiyyət vəsiqəsi yararsız hala düşdükdə və ya itdikdə vətəndaş şəxsiyyət vəsiqəsini dəyişdirməlidir. Şəxsiyyət vəsiqəsi 2 halda müvəqqəti alına bilər: vətəndaş həqiqi hərbi xidmətə çağırıldıqda və ya hərbi tədris müəssisəsinə daxil olduqda – hərbi xidmət başa çatanadək; barəsində həbsəalma qəti-imkan tədbiri seçilmiş və müxtəlif müddətə azadlıqdan məhrum edilmiş şəxslərdən şəxsiyyət vəsiqəsi təhqiqat, ibtidai istintaq, məhkəmə orqanları və cəzanı icra edən orqan tərəfindən müvəqqəti alınır və əsaslar aradan qalxdıqda şəxsiyyət vəsiqəsi dərhal sahibinə qaytarılır”.