"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Kredit borcunu ödəməyənləri hansı cəzalar gözləyir?

29 Fevral 2016 - 09:01
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Kredit borcunu ödəməyənləri hansı cəzalar gözləyir?
Azərbaycanda problemli kreditlərin həcmi artmaqda davam edir. Qeyri-rəsmi məlumatlara görə, artıq ölkə üzrə problemli kreditlərin həcmi 2 milyard  manata yaxındır və bu məbləğ artmaqda davam edir. İş yerlərinin və biznes müəssisələrinin bağlanması, işsizliyin artması problemli kreditlərin də həcminin artmasına gətirib çıxarır. Banklara kredit borcu olan vətəndaşların, xüsusilə də dollarla kredit götürənlərin əksəriyyəti ya borcu ödəyə bilmir, ya da ödəməkdən imtina edir. 
Bu durumda vətəndaşları bir sual maraqlandırır. Əgər borcu ödəməməyə görə, bank onları məhkəməyə versə, həbs perspektivi mümkündürmü? Borcunu ödəməyən vətəndaşı ən pis halda nə gözləyir? Bu durumda vətəndaşların hansı hüquqi imkanları var?
Musavat.com-a açıqlamsında bu sualları cavablandıran hüquqşünas, bank və maliyyə məsələləri üzrə vəkil Əkrəm Həsənov bildirib ki, kredit borcuna görə vətəndaşın həbs edilməsi mümkün deyil: “Azərbaycanın qoşulduğu insan haqları  konvensiyasında da konkret göstərilib ki, borc görə heç kimi həbs etmək olmaz. Azərbaycan qanunvericiliyi də buna yol vermir. Düzdür, təcrübədə əvvəllər belə hallar olub. Ancaq bu, qanunsuz olub və həmin şəxslər öz hüquqlarını bilməyiblər. Ancaq belə hallar geniş yayılmayıb, son vaxtlar ümumiyyətlə, yoxdur. Çünki, Azərbaycanın hüquq ictimaiyyəti daha çox aktivləşib və hakimlər də artıq belə qərarlar çıxarmırlar. Çıxarsalar da, biz bu məsələnin axırına kimi gedəcəyik. Lazım olsa, Avropa Məhkəməsinə də müraciət edəcəyik və bu qərarları ləğv etdirəcəyik. Yəni, burada şəxsin azadlığına heç bir təhlükə yoxdur”.
Ekspertin sözlərinə görə, çətin vəziyyətdə olan o vətəndaşlardır ki, banklarda əmlakı və girovu var, borcunu ödəmədiyi halda o girov əlindən çıxa bilər: “Bu halda da banklar vətəndaşlara kömək etməlidir. Çünki, Konstitusiyan Məhkəməsi ötən il verdiyi qərarda banklara göstəriş verdi ki, vətəndaşlara güzəştə gedə bilərlər. Sadəcə onlar Konstitusiyan Məhkəməsinin qərarına hörmət etmirlər və güzəştə getmirlər. Lakin biz bu işləri də məhkəmə yolu ilə yoluna qoyacağıq ki, banklar bu güzəştlərə getsinlər. Hətta bunlar olmasa belə, mən borclu vətəndaşlara tövsiyə edirəm ki, özləri məhkəmə proseslərinə başlasınlar və banklar da onları məhkəməyə verəndə məhkəmədə aktiv olsunlar, haqlarını qorusunlar, həm də məhkəmə proseslərini uzatsınlar. Ən sadə halda məhkəməni ilyarım-iki il uzatmaq olur. Məhkəmənin uzadılması isə banka xeyir deyil, yalnız zərər vura bilər. Özü də indiki şəraitdə kütləvi məhkəmə prosesləri uzansa, bu, o deməkdir ki, bankların kreditləri çox gec qayıdacaq. Çünki, məhkəmə prosesləri gedə-gedə o girov əmlakı da əlinə keçirə bilməyəcək, satışa çıxara bilməyəcək. Deməli, krediti çox gec qayıdacaq”.
Əkrəm Həsənov bir nüansı da vurğulayıb ki, mənzil hərracda satışa çıxarılsa belə, vətəndaş müxtəlif yollarla mənzilinə sahib çıxa bilər: “Azərbaycanda daşınmaz əmlakın qiyməti düşür və bu tendensiya davam edir. Deməli, o girov əmlakın da qiyməti azalacaq. Buna görə də bank orada da uduzacaq və vətəndaş udacaq. Çünki, vətəndaşın 100 min manat borcu varsa və vaxtilə evinin qiyməti 130 min manat idisə, indi həmin evin qiyməti 70 min manatdır. Digər bir tərəfi isə odur ki, girov əmlakı hərracda satışa çıxarırlar. Həmin vətəndaş hərracda hər hansı bir qohumu vasitəsilə həmin evi 40 minə də ala və evində yaşamağa davam edə  bilər. Bank isə kreditin xeyli hissəsini itirəcək. Bütün bunlara görə də, banklar güzəştlərə getməsə, onlar üçün vəziyyət daha da pisləşəcək”.
Əkrəm Həsənov bildirdi ki, banklar ən pis halda vətəndaşın əmlakını ala bilər, o da yalnız məhkəmə qərarı ilə açıq hərracda satılaraq, banka verilə bilər: “Qeyd etdiyim kimi vətəndaş əgər məhkəmə yolu ilə prosesə müqavimət göstərsə, ən azı ilyarım-iki il proses uzana bilər. Hətta elə əmlak növləri var ki, onu vətəndaşın əlindən almaq olmaz. Qanunvericiliyə görə, əgər vətəndaşın bir evi varsa və o banka girov qoyulsa belə, bank onu vətəndaşın əlindən ala bilməz. Bu cür əmlak növləri çoxdur, ailənin gündəlik tələbatını ödəyən ev əşyaları televizor, soyuducu və sair varsa, onları da vətəndaşın əlindən almaq mümkün olmayacaq.
Düzdür, indi banklar vətəndaşları qorxudurlar. Lakin bunun hamısını ona görə edirlər ki, vətəndaşlar qorxsun və gedib kreditlərini qaytarsınlar. Mənim isə vətəndaşlara tövsiyəm odur ki, bunu etməsinlər”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Eldar Sabiroğlu yazır:”Səfər Əbiyevlə görüşə gələn həmin nümayəndələrdən biri…”

Next Post

Səddam Hüseynin zindanında yatmış türkməndən “Yeni Müsavat”a ilginc açıqlamalar

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Səddam Hüseynin zindanında yatmış türkməndən “Yeni Müsavat”a ilginc açıqlamalar

Erməni veterandan ŞOK ETİRAF: “Melkonyan kişi sevgilisi Seyranla..” - FOTOLAR

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.