"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Kredit faizlərinin yüksək olmasının günahkarı Mərkəzi Bankdır”

27 Noyabr 2014 - 13:40
in İQTİSADİYYAT

Azərbaycanda kreditə məhsul və yaxud pul götürən insanlar kifayət qədərdir.Əhalinin əksər hissəsi də məhz kredit faizlərindən kəskin narazıdır. Vətəndaşlar əldə 10818606_10204386726220994_448514591_n-300x167etdiyi kreditin az qala yarı qədərini faiz olaraq verdiyini bildirir.Kimisi ehtiyacdan bunu edirsə, kimisi də dəbdən geri qalmamaq üçün kreditə bahalı telefon, avtomobil və s məhsullar götürür. Sonradan, hər ay müəyyən olunmuş vaxtda həmin krediti ödəmək, bu insanlar üçün əsl kabusa çevrilir desək, yanılmarıq. Hamını bir sual düşündürür. Bəs nə üçün faiz dərəcələri Azərbaycanda, digər ölkələrlə müqayisədə bu qədər yüksəkdir?!

Bunu da oxuyun

Neft yenidən bahalaşdı

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

Neftin bu günə olan qiyməti

Məsələni aydınlaşdırmaq üçün iqtisadçı ekspertlərə müraciət etdik. “Azərbaycanda bank faizlərinin yüksək olmasının səbəbi nədən asılıdır?” sualı ilə ekspertlərə müraciət etdik.

Yenicag.az-a mövzu ilə bağlı açıqlama verən iqtisadçı Vüqar Bayramovun sözlərinə görə, “Azərbaycan bank faizlərinin yüksəkliyinə görə, MDB ölkələri arasında ilk üçlükdə yer alır. Azərbaycanda bank likvidliyinin artımı, əmanətlər üzrə faizlərin aşağı düşməsi müşahidə edilsə də, bank faizlərində azalma yoxdur. Hazırda kommersiya banklarının təklif etdikləri kredit faizləri 16 -30 faiz intervalında dəyişir. Depozitlər üzrə faiz dərəcəsi isə son iki ildə 16 faizdən 9 faizə düşüb.

Mərkəzi Bankın uçot stavkası kommersiya kreditlərindən 4 dəfə azdir. Bank faizlərinin yüksək olması bir neçə səbəblə bağlıdır. Əvvəla bank sektoruna xarici kapitalın daxil olmasında süni baryerlər mövcuddur. Bütün bunlar bank sektorunda rəqabətin formalaşmasına, kredit faizlərinin düşməsinə imkan vermir. “Əkiz bankların” mövcudluğu hal-hazırda rəqabətin formalaşmamasının əsas səbəblərindəndir.
Bundan əlavə digər sektorlarda mənfəət dərəcəsinin yüksək olması banklara faiz dərəclərini tam olaraq aşağı salmaq şəraitini yaratmır. İqtisadi və Sosial İnkişaf Mərkəzinin tədqiqatları göstərir ki, real sektorun əksər seqmentləri üzrə illik faiz norması bəzi hallarda 70 faizə yaxın olur. Bütün hallarda real sektorda mənfəət dərəcəsinin yüksək olması bankları da daha yüksək mənfəət əldə etmək üçün yüksək faizlə kredit verməsinə gətirib çıxarıb. Aydındır ki, real sektorda mənfəət norması birmənalı şəkildə bankların faiz siyasətini diqtə edən əsas faktorlardandır. Təəssüf ki, bu indiki halda yüksək bank faizlərinin formalaşması ilə ifadə edilir.

Banklarda faiz dərəcəsinin yüksək olmasının səbəblərindən biri də yerli bankların beynəlxalq kredit reytinqinin yüksək olmaması ilə bağlıdır.Beynəlxalq kredit reytinqinin yüksək olmaması banklara birbaşa kredit resurslarına müraciət etmək şəraitini yaratmır. Banklar adətən vasitəçilər tapmaqla kredit resursları əldə etməyə çalışırlar. Bu da faizlərin artımına təsir edir. Belə ki, bu zaman cəlb edilən faizlərinin üzərinə, cəlb edilən vəsaitlərin üzərinə əlavə vasitəçi faizi əlavə edilir ki, bu kredit xərcini artırır.
Mərkəzi Bankın mərkəzləşdirilmiş kreditlərinin həcmi bankların cəlb etdikləri kreditlərin cəmi 10 faizini təşkil edir. Bu da banklarin vəsaitlərin 95 faizini kənardan cəlb etmələri deməkdir. Kredit faizlərinin yüksək olması həm də bəzi bankların qısa müddətdə gəlir əldə etmək istəyi ilə bağlıdır”.

Parabank ASC əməkdaşı Rafəddin Abbasov isə hesab edir ki, “kredit faizilərinin yüksək olmasının əsas səbəbi Mərkəzi Bank tərəfindən özəl banklara verilən məbləğin faizinin çox olması ilə əlaqədardır. Təbii olaraq özəl banklar da müştəriyə kredit verdikdə, öz xərclərini, və götürəciyi faizi hesablayır. Nəticədə müştəri yüksək faizlə üz-üzə qalır”.
Xeberler.az saytının baş redaktoru İsmayıl Rafiqoğlu isə düşünür ki, ən yaxşısı kredit götürməməkdir: “Mən kredit götürməyin prinsipial əleyhinəyəm, hətta dükanda da bank krediti götürmərəm. Yalnız daxili faizsiz kredit olsa, onda düşünərəm.”
Deyilənlərdən məlum olur ki, orta statik azərbaycanlı ailənin gəliri götürdüyü kreditin faizini ödəməyə çatmır. Bəs görəsən əhali bank kreditləri və onların faizləri ilə bağlı nə düşünür. “Kredit götürmüsünüzmü? Götürdüyünüz kreditin fazindən razısınızmı? Neçə faiz sizi qane edər?” kimi suallara kiçik sorğu apardıq:

Əminə İlyaslı: Götürdüyümüz kreditin özü qədər də faiz ödəyirik ki, bu da Azərbaycanın sosial vəziyətini təhqir deməkdir. Mən bank işini filan bilmirəm .Tam dəqiq neçə faiz olar təyin edə bilmərəm, lakin faiz “nəyin bahasına olur olsun müştərini təhqir və müflis etmək” siyasəti ilə müəyyənləşdirilməməlidir.

Mirseyid Bayramov: kredit bu gün cəmiyyətdə ebola virusundan da təhlükəli bir virsudur, fikrimcə. Təxminən iki il bundan öncə, unibank-dan kredit götürmüşəm. Amma hələ də ödəyə bilmirəm. Təbii ki, faizindən razı deyiləm. Təsəvvür edin, 1000 manat məbləğ həcmində kredit görürüsən, 1500 manat ödəyirsən. Bu, mən deyərdim ki, azərbaycan iqtisadiyyatına ciddi bir zərbədir.

Fəridə Abdiyeva , jurnalist: Bugün Azərbaycanda kredit verən banklar şəbəkə halındadır. Özlərinin “bazarını” öldürməmək üçün faiz göstəricilərini demək olar eyni həddə saxlayırlar.Lakin sağlam rəqabət olsa idi, ciddi mübarizə fonunda əhalinin xeyirinə irəliləyişlər olardı. Bundan ziyadə qeyd etməliyik ki, xarici ölkələrlə müqayisəli durumda Azərbaycanın kredit mühiti çox biyabırçı vəziyyətdədir. Amerikada, Avropa ölkələrində əhaliyə verilən kreditin faiz göstəriciləri 5-7 faizi keçmədiyi təqdirdə bizdə 20 faizdən çox məbləğ alınır. Ölkəmizdə isə sosial-iqtisadi vəziyyətdən asılı olaraq kreditə pul yaxud məhsul götürən xeyli insan var. Və həmin ağır şərtlərə qatlanan kəslər ciddi psixoloji sarsıntı yaşayırlar. Neçə neçə talelər bu tip problemə görə dağılır. Hesab edirəm bu sahədə ciddi islahatlara ehtiyac var.

Nərgiz Əzizova: Biz kreditə avtomobil, televizor, telefonlar götürmüşük. Bütün bu məhsulllara görə, ayda 500 manat ödəyirik. Lakin həmişə kampaniya müddətində götürürük deyə, faiz olmur. Amma yenə də, ödəniş vaxtı yetişəndə adamın başına “daş düşür”. Bütün maaş kreditə gedir.
Şəhla Cavanşir: Mən unibankdan 1000 manat 26 %-lə kredit götürmüşəm. Əlbəttə ki, faiz çox yüksəkdir. 10% olsaydı, məni qane edərdi.
Fəxrədə Dəmirova: Biz Muğanbankdan 2illik 3600 manat kredit götürmüşdük. Nə az, nə çox 35 %-lə. Doğrudur, ödəniş müddəti uzun olsa da, yenə də faiz çoxdur. Heç olmasa, daha yaxşı olardı.

Kamran ƏDALƏTOĞLU

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Kürd liderinin oğlu öldürüldü

Next Post

Ağ Ev niyə qorxu içindədir?

Bənzər yazılar

Neft yenidən bahalaşdı

Neft yenidən bahalaşdı

06 May 2024 - 09:27

Dünya birjalarında neft yenidən bahalaşıb. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,23 dollara, yüngül neftin bir...

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

05 May 2024 - 21:47

Bu gün İçərişəhərdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşlığı nəticəsində hazırlanan xalçanın kəsim...

Neft həftəyə bu qiymətlə başladı

Neftin bu günə olan qiyməti

02 May 2024 - 10:28

Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,92 dollara, yüngül neftin...

Rusiyalı milyarderlər daha da varlanıblar

Rusiyalı milyarderlər daha da varlanıblar

01 May 2024 - 13:04

Rusiyalı milyarderlər daha da varlanıblar – 2024-cü ilin ilk dörd ayında ən varlı iş adamlarının ümumi sərvəti 14,89 milyard dollar...

Next Post

Ağ Ev niyə qorxu içindədir?

Ukraynanın azərbaycanlı qəhrəmanı bu gün dəfn ediləcək - Video -

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.