"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Kreditlərin verilməsində yeni qayda: cəmi 1 faiz…

30 İyun 2015 - 13:36
in İQTİSADİYYAT

Kreditlərin verilməsində yeni qayda: cəmi 1 faiz...

Bunu da oxuyun

Neft yenidən bahalaşdı

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

Neftin bu günə olan qiyməti

Mərkəzi Bank kreditlərin verilməsində yeni qayda qəbul edib. Bundan sonra kreditlərin rəsmiləşdirilməsində tutulan komissiya haqqı 1 faizədək məhdudlaşdırılacaq. Musavat.com-un məlumatına görə, bu barədə iqtisadçı alim Vüqar Bayramov məlumat verib:
“Mərkəzi Bankı xeyili müddət gündəmdə saxladığımız təklifimizi axır ki qəbul etdi: banklar müştərilərə verilən kreditlərin rəsmiləşdirilməsi üçün tutulan komissiya haqqının 1 faizədək məhdudlaşdıracaqlar. Bu o deməkdir ki, kredit məbləğindən asılı olmayaraq bütün banklar ən çoxu 1 faiz komissiya haqqı hesablaya biləcəklər. Xatırladaq ki, biz Mərkəzi Bank real kredit faizlərinin yüksəlməsində əhəmiyyətli təsirə malik olan komissiya haqlarının tənzimlənməsini və haqlar üçün “qiymət tavanının” müəyyənləşdirilməsini həyata keçirməsini dəfələlər təklif edirdik. Təəssüf ki, uzun müddət komissiya haqları vətəndaşları daha aşağı faizli kreditlər adı ilə cəlb etmək üçün bankların ən çox istifadə etdiyi metod idi. Bəzi kommersiya bankları hətta 8-10 faizlik komissiya haqları təklif edirdilər. Bankların”faiz tələsi” əslində çox sadə idi: banklar faizi elan edirdilər, amma komissiya haqlarının faizini bildirmirlər. Məsələn, 500 manatlıq kredit təklif edən bank 8 faizlik komissiya haqqı hesablayaraq həmin vəsaiti kreditin üzərinə əlavə edirdi. Bu zaman müştəri iki sənədə qol çəkirdi – 540 manatlıq kreditin alınması və 40 manatlıq komissiya haqqının ödənilməsi barədə. Amma ona 500 manat təqdim edilirdi. Buna baxmayaraq kredit faizləri 500 manatdan deyil, 540 manatdan hesablanırdı. Bu isə daha yüksək faizin ödənilməsinə səbəb olurdu. İndi isə vəziyyət fərqli olacaq, 500 manatlıq kredit götürən şəxs cəmi 5 manat komssiya haqqı ödəyəcək. Bunu isə kredit formasında deyil, birbaşa nağd şəkildə edə bilər ki, bu da imkan verəcək ki, faizlər kreditin öz, əsas məbləğindən 500 manatdan hesablansın. Deməli, bu halda nominal və real faizlər eyni olacaq və praktik olaraq müştəri aldadılmayacaq”.
V. Bayramov həmçinin qeyd edib ki, hazırda inkişaf etmiş ölkələrdə komissiya haqları simvolik olaraq qəbul edilir, hətta bəzi ölkələrdə belə qaydalar ümumiyyətlə yoxdur:  “Bu baxımdan, ölkəmizdə də oxşar praktikanın tətbiq edilməsi vacib idi. Bəs, yeni qaydalar nəyi dəyişəcək? Əvvəla, bu banklara imkan verməyəcək ki, kredit götürən vətəndaşlar üçün fərqli və daha yüksək faizlər hesablasınlar. İkincisi, komissiya haqlarının məhdudlaşdırılması real kredit faizlərinin aşağı düşməsinə səbəb olacaq. Ücüncüsü, artıq bankların ucuz və aldadıcı reklam kampaniyalarına son qoyulacaq. Nəhayət, kredit üçün banka müraciət edən şəxs öncədən öz xərclərinin dəqiq hesablaya biləcək.
Eyni zamanda, kommissiya haqları üçün tavanin müəyyənləşdirilməsi Mərkəzi Bankın göstərişi olduğu üçün bütün bankların buna qeyri-şərtsiz əməl etməsi vacibdir. Müştərilər də diqqətli olmalıdırlar ki, banklar onların kreditlərinə 1 faizədən artıq haqq hesablamasınlar. Eyni zamanda, prosesə nəzarət üçün Mərkəzi Bankın monitorinqlərinin gücləndirilməsinə ehtiyac var”.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycan Rusiyada kənd təsərrüfatı mərkəzləri yaradır

Next Post

Türkiyə ordusu Suriya ilə sərhədə yeridildi

Bənzər yazılar

Neft yenidən bahalaşdı

Neft yenidən bahalaşdı

06 May 2024 - 09:27

Dünya birjalarında neft yenidən bahalaşıb. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,23 dollara, yüngül neftin bir...

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

05 May 2024 - 21:47

Bu gün İçərişəhərdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşlığı nəticəsində hazırlanan xalçanın kəsim...

Neft həftəyə bu qiymətlə başladı

Neftin bu günə olan qiyməti

02 May 2024 - 10:28

Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,92 dollara, yüngül neftin...

Rusiyalı milyarderlər daha da varlanıblar

Rusiyalı milyarderlər daha da varlanıblar

01 May 2024 - 13:04

Rusiyalı milyarderlər daha da varlanıblar – 2024-cü ilin ilk dörd ayında ən varlı iş adamlarının ümumi sərvəti 14,89 milyard dollar...

Next Post

Türkiyə ordusu Suriya ilə sərhədə yeridildi

FHN taxıl alır – Tədarük

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.