"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Kreml Bakı ilə saziş imzalayıb: 11-ci bənd işə düşməlidir

18 Dekabr 2022 - 11:35
in SİYASƏT

Azərbaycanın Qarabağ iqtisadi rayonundakı və Laçın dəhlizi ətrafındakı vəziyyətə Moskva və Bakı arasında münasibətlərin prinsiplərini müəyyən edən və Rusiya lideri Vladimir Putinlə Azərbaycan lideri İlham Əliyevin 22 fevral 2022-ci ildə imzaladığı və dərhal da qüvvəyə minən bəyannamə prizmasından yanaşmaq vacibdir.
Elchi.az xəbər verir ki, bu sözləri “Milli müdafiə” jurnalının baş redaktoru, rusiyalı hərbi ekspert İqor Korotçenko qeyd edib.
O bildirib ki, sözügedən bəyannamənin 11-ci bəndinə əsasən, Rusiya Federasiyası və Azərbaycan Respublikası öz ərazilərində bir-birinin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş təşkilatların və şəxslərin fəaliyyətini qətiyyətlə dayandırırlar:
“Bu arada Qərb fəal şəkildə Cənubi Qafqazdakı vəziyyəti gərginləşdirməyə və bu gün əsas səylərini “xüsusi hərbi əməliyyata” yönəltmiş Rusiyaya qarşı ikinci cəbhə açmağa çalışır. MKİ və Mİ-6 rəhbərlərinin İrəvana səfərləri, Qarabağda erməni separatçılarının nümayişkaranə şəkildə təxribat xarakterli hərəkətləri, AB, Fransa və ABŞ-ın danışıqlar təşəbbüsünü Moskvadan almağa və onu bölgədən çıxarmağa çalışması, güc tətbiq etməyə fəal cəhdlər bu səbəbdəndir.
Zəruri olaraq qeyd edək ki, Laçın dəhlizinin istismar rejimi ilə bağlı bütün suallar Qərb şirkətlərinin qanunsuz iqtisadi fəaliyyəti (separatçı administrasiya tərəfindən sanksiyalaşdırılıb), Qarabağdan qızılın çıxarılması və gizli şəkildə Ermənistan ərazisinə daşınması, böyük miqyasda ekoloji ziyan və ətraf mühitin çirklənməsinə görədir.
Beynəlxalq erməni diasporu tərəfindən Qarabağa sızdırılan Ruben Vardanyan “dövlət naziri” statusu – separatçılar içində müəyyən güc və səlahiyyət – alan kimi pul qazanmağa girişdi, başladı qanunsuz olaraq qızıl çıxartmağa. Məhz buradan hazırkı problemlər yaranıb.
Bu baxımdan Vardanyanın Xankəndidə separatçıların mitinqini keçirmək cəhdlərinin təhlükəsini anlamaq lazımdır, çünki həyəcanlı və aqressiv kütlə istənilən təxribata qadirdir. Ruben Vardanyanın özünə gəlincə, o, sadəcə olaraq, yaşayış şəraiti getdikcə pisləşən yerli erməni əhalisinin narazılığını – Vardanyan və Arutyunyanın kökəlməsi fonunda “yəhərləməyə” çalışır.
Düzünü desək: yalnız Azərbaycanın yurisdiksiyasına keçid Qarabağ ermənilərinə daha yaxşı gələcək, onların həyat və rifahını yaxşılaşdırmaq şansı verəcək. Gələcəkdə Qarabağda öz bələdiyyələrini yaratmağa heç kim mane olmayacaq – lakin bütün bunlar Azərbaycan Konstitusiyasına uyğun baş verməlidir.
Dəfələrlə dediyimi bir daha təkrar edə bilərəm: erməni lobbisinin, beynəlxalq erməni diasporunun və onun arxasında duran Qərb kəşfiyyat xidmətlərinin (MKİ, Mİ6 və DGSE) məqsədi və vəzifəsi rus sülhməramlıları ilə azərbaycanlılar arasında toqquşmalara səbəb olmaqdır. Məqsəd odur ki, Rusiya ilə Azərbaycan arasında genişmiqyaslı hərbi münaqişə başlasın, bunun ardınca Türkiyənin vasitəsilə NATO ölkələrinin hərbi kontingenti Cənubi Qafqaz regionuna yeridilsin!
Yəni söhbət Rusiya Federasiyasına qarşı ikinci cəbhənin açılmasından gedir. Və bütün bunlar ona görədir ki, erməni millətçilərinin Qarabağı Azərbaycandan ayırmaq və orada çürümüş və korrupsioner separatçı administrasiyanı saxlamaq istəklərini həyata keçirsinlər.
Bir vaxtlar erməni millətçiləri SSRİ-nin dağılması mexanizmini işə salmışdılar, indi də Rusiya Federasiyasının dağılması mexanizmini işə salmaq istəyirlər.
Rusiya Federasiyası öz milli maraqlarının ziyanına dünya ermənilərinin eqoist siyasi maraqlarının həyata keçirilməsi üçün alət olmamalıdır və olmayacaq da”.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Gələcəyimizi məhv etməyin, narkotikdən uzaq olun!” – Video

Next Post

Putin etiraf etdi: Ukraynalılar daha güclüdür

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Putin son 10 ildə keçirdiyi illik mətbuat konfransını bu il keçirməyəcək

Putin etiraf etdi: Ukraynalılar daha güclüdür

Bakıdan Litvaya xəbərdarlıq: Qərəzli yanaşma…

Bakıdan Litvaya xəbərdarlıq: Qərəzli yanaşma...

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.