Mixail Tolstıxın öldürülməsinə Rusiyanın heç bir aidiyyəti yoxdur.
Bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib. O, Tolstıxın ölümü ilə Donbasdakı situasiyanın gərginləşə biləcəyini söyləyib.
Qeyd edək ki, “Givi” ləqəbli məşhur terrorçu Mixail Tolstıx Donbas savaşının əsas iştirakçılarından biridir. O, “Somali” batalyonunun rəhbəri olub. Givi 2015-ci ildə Avropa Birliyinin qara siyahısına daxil edilib. Ukrayna onu beynəlxalq axtarışa verib. O, ötən gün səhər məhv edilib.




