Ekspertlər bildirirlər ki, bundan həm də Azərbaycana təzyiq vasitəsi kimi istifadə edilir
Gürcüstanda müxalifət və bir sıra təhlilçilər hökuməti Rusiya tərəfindən təklif edilmiş təbii qaz qiyməti razılaşmasını qəbul etdiyinə görə kəskin tənqid edir. Tiflis yeni qaz qiyməti tarifinin müqabilində Rusiya qazının Ermənistana tranzitini qəbul etməlidir.
Müxalif Vahid Milli Hərəkat (VHM) yeni qaz razılaşmasının Gürcüstan üçün “zərərli” olduğunu bildirir. Bir qrup QHT isə bildirir ki, bu razılaşma Gürcüstanın enerji təhlükəsizliyinə hədə yaradır.
Gürcüstan hökuməti isə tənqidləri rədd edərək deyir ki, yeni razılaşma Gürcüstanın enerji asılılığını artırmır və hələ ki təklif olunan şərtlər “optimal” hesab olunur. Bundan əvvəl Gürcüstan Rusiya qazını Ermənistana nəql etmək müqabilində onun 10 faizini özü işlədirdi. Rusiyanın qaz nəhəngi “Gazprom”la imzalanmış yeni razılaşmaya əsasən, Gürcüstan 2017-ci ildə də tranzit haqqı kimi qaz götürəcək, lakin 2018-ci ildən Rusiya tərəfi tranzitə görə pul ödəməyə başlayacaq.
Ekspert Natiq Cəfərli məsələ ilə bağlı musavat.com-a bildirib ki, əslində Gürcüstan tək Rusiyadan yox, İrandan da qaz almaq istəyir: “Tək Azərbaycandan asılı vəziyyətdə qalmaq istəmir və çoxşaxəli bir modelə keçmək istəyir. Gürcüstan üzərindən Ermənistana keçən Rusiya qazının tranzit xərci kimi on faizini həmişə götürüb. Bu, Gürcüstan üçün heç də az məbləğ deyil. Gürcüstan son zamanlar iki böyük layihə həyata keçirir. Bu layihələrdən biri yeni elektrik stansiyasının tikintisidir ki, bu da qazla işləyəcək. Ona 4 milyon kubmetrə yaxın əlavə qaz lazımdır. Azərbaycanla uzun zaman danışıqlar getdi, müəyyən güzəştlər də oldu, həcm artırıldı. Amma görünən odur ki, Gürcüstan tək ölkədən, yəni Azərbaycandan asılı olmamaq üçün digər ölkələrdə də danışıqlar aparır. Bu, həm də Rusiya ilə müəyyən dərəcədə münasibətlərin istiləşməsinə səbəb ola bilər, Gürcüstan hökuməti bunu düşünür. Müxalifətin etirazına da səbəb budur. Gürcüstanla daha yaxın münasibətlərə etiraz edirlər.
Amma onu da bilmək lazımdır ki, Gürcüstanın 2016-cı il üçün açıqlanan statistikasında Rusiyanın çox böyük bir ticarət tərəfdaşı olduğu üzə çıxdı. Rusiya ilə münasibətlərin yaxşı olması Gürcüstandan Rusiyaya təxminən yarım milyard dollarlıq məhsulların ixracatına səbəb oldu.

Əgər vəziyyət keçmiş illərdə olduğu kimi qəlizləşməsə, ixracat artacaq. Gürcüstan da çalışır ki, belə qadağalarla üzləşməsin və Rusiya ilə bacardıqca isti münasibətlər saxlasın. Bunun üçün də qaz məsələsi həm Rusiya ilə münasibətlərin düzəlməsinə xidmət edir, həm də açığı, Azərbaycana bir təzyiq vasitəsi kimi də istifadə edir. Çünki bir ölkə bir neçə mənbədən qaz ala bilirsə, o zaman qiymətlərin tənzimlənməsinə çalışır. Yəni qaz verən ölkələrin qiyməti qaldırmasına imkan vermir. Hətta ciddi endirimlər qazanmağa çalışır. Çox güman ki, bu vəziyyətdən istifadə edərək Gürcüstan Azərbaycanla danışıqlarda qaz qiymətlərinə yenidən baxmağı, müəyyən güzəştlərin, endirimlərin olmasını tələb edəcək”.

Ekspert Qubad İbadoğlu isə musavat.com-a açıqlamasında qeyd edib ki, narazılığa səbəb olan qaz şərtləri təfsilatı ilə açıqlanmır: “Mənə elə gəlir ki, bu, daha çox siyasi etirazdır. Söhbət hansısa bir xərclə bağlı deyil, qiymətlərin ucuzluğu, bahalığı burada əsas deyil. Əsas xətti təşkil edən odur ki, Rusiya-Gürcüstan strateji əlaqələrinə etiraz edən qüvvələr var. Onlar da öz fikirlərini ifadə edirlər. Onlar istəyirlər elə ölkələrlə əməkdaşlıq etsinlər ki, bu ölkələr sonradan ölkənin gələcək təminatında problem yaratmasın. Bu istiqamətdə Azərbaycan daha uyğun hesab oluna bilər. Bir tərəfdən Rusiya qazının Gürcüstan bazarına girməyi ilə bazarın şaxələndirilməsi istəyində olanları da başa düşürəm. Amma istənilən halda hesab edirəm ki, baş verənlər siyasi məsələdir. Bu baxımdan, sırf siyasi məsələ kimi dəyərləndirirəm”.
Gürcü ekspert, VHM təmsilçisi Sergi Kapanadze isə bu qənaətdədir ki, yeni razılaşma Rusiyaya Gürcüstana təzyiq göstərmək imkanı verəcək. O, hökuməti öz qərarından əl çəkməyə çağırıb və bildirib ki, yeni saziş Gürcüstanın dövlət maraqlarına ziddir. Avro-Atlantik Gürcüstan Koalisiyası adlı QHT-lər birliyi bəyan edib ki, yeni razılaşma Gürcüstanın enerji təhlükəsizliyi vəziyyətini pisləşdirəcək.
Hökumətə qarşı tənqidləri enerji naziri Kaxa Kaladze dəf etməyə çalışıb. Yanvarın 11-də İmedi telekanalına müsahibəsində Kaladze israr edib ki, Gürcüstanın Rusiyanın enerji daşıyıcılarından asılılığı artmayacaq və alınan qazın həcmi əvvəllər olduğu kimi 10-12 faiz civarında qalacaq. Lakin o, bundan daha çox təfərrüat verməyib və bildirib ki, razılaşma məxfi xarakter daşıyır: “Mən vurğulamaq istəyirəm ki, Azərbaycan bizim strateji partnyorumuz olaraq qalır. Bizim xalqımızın istehlak etdiyi qazın 90 faizi Azərbaycandan gəlir”. O, həmçinin əlavə edib ki, nəhayət yanvarın 10-da 4 saat davam edən danışıqlardan sonra yekun razılaşma əldə edilib: “Biz düşünürük ki, hazırkı reallıqda və situasiyada bu, optimal təklif idi. Bu razılaşmaya gəlməzdən və spesifik təkliflər almazdan əvvəl bizim bir sıra görüşlərimiz olmuşdu və razılaşma barədə mövqe və baxışlarımız tamamilə fərqli idi. Biz narazı idik və deyirdik ki, “Gazprom”un təklifi bizim üçün tamamilə qeyri-məqbuldur və biz çox uzun müddət müzakirə olunan bu təklifləri qəbul etmək fikrində deyildik”. Nazir vurğulayıb ki, qiymət şərtləri 2018-ci ildən beynəlxalq standartlara uyğun müəyyən ediləcək: “Ümumilikdə biz beynəlxalq prinsipləri dəstəkləyirik. Bizim ölkəmiz Avropa Enerji Xartiyasına imza atıb”.

Hakim partiyanın vəzifəli rəsmisi Gia Volski deyib ki, bu razılaşmadan əsasən Rusiya mənfəətlənsə də, Gürcüstan mümkün olduğu qədər az itiriməyə çalışır. Yanvarın 12-də “Interpressnews” saytına müsahibəsində Volski razılaşmanı müdafiə edib və deyib: “Beynəlxalq ödəniş praktikası göstərir ki, transit haqqını qazla yalnız Azərbaycan, Naxçıvana qaz verilməsi üçün İrana ödəyir”.
Volski vurğulayıb ki, əgər Gürcüstan Rusiyanın təklifi ilə razılaşmasaydı Rusiya Ermənistanı İran vasitəsilə qazla təchiz edə bilərdi və Gürcüstan tranzit kimi əhəmiyyətini itirərdi: “Bütün hallarda Rusiya Ermənistanın qayğısına qalacaqdı, bizsə bir tranzit kimi funksiya və imicimizi itirə bilərdik. Digər tərəfdən Ermənistanı qazsız qoymaq bizim Yerervanla münasibətlərimzi korlayardı”.