Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsi ratifikasiyasının ləğvi ilə bağlı qərar qəbul edilməzdən əvvəl Rusiya prezidenti Vladimir Putin və ABŞ arasında əlaqə tələb olunmur. Elchi.az TASS – a istinadən xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.
Qeyd edək ki, oktyabrın 25-də Federasiya Şurası “CTBT”-nin ratifikasiyasının geri götürülməsi haqqında qanunu təsdiqləyib. Rusiya parlamentinin yuxarı palatasının spikeri Valentina Matvienkonun dediyi kimi, Rusiyanın Müqavilədə iştirak etməsi o halda məna kəsb edir ki, ABŞ nüvə sınaqlarına dair öhdəliklərini yerinə yetirsin.
Daha əvvəl Peskov qeyd edib ki, Rusiyanın Nüvə Sınaqlarının Hərtərəfli Qadağa Müqaviləsi ratifikasiyasını ləğv etməsi Moskva və Vaşinqtonun mövqeyini bərabərləşdirib.
Havar Şəfiyeva






