Rusiya lideri Vladimir Putinin KXDR-ə səfəri Rusiyada keçiriləcək prezident seçkilərindən əvvəl baş tutmayacaq. Elchi.az xəbər verir ki, bunu Kreml rəsmisi Dmitri Peskov “Life”-ə açıqlamasında deyib.
Peskov Putinin Türkiyə və KXDR-ə səfərlərinin qrafiki ilə bağlı sualı cavablandırıb. Onun məlumatına görə, Türkiyə səfəri Şimali Koreyaya səfərdən fərqli olaraq bu ilin martında Rusiyada keçiriləcək prezident seçkilərindən əvvəl baş tuta bilər.
“Xeyr, bunlar daha perspektivli planlardır. Biz ondan çıxış edirik ki, qrafikləri razılaşdıran zaman prezident bu təklifdən yararlanacaq”, – prezidentin mətbuat katibi qeyd edib.
Havar Şəfiyeva






