2018-ci ildən sonra Ermənistanda “Putin-Medvedyev” variantı tətbiq ediləcək.
Axar.az xəbər verir ki, bunu “1in.am” saytına açıqlamasında Ermənistanın Yeni Dövrlər Partiyasının sədri Aram Karapetyan söyləyib. Erməni müxalifin fikrincə, “Putin-Medvedyev” variantına uyğun olaraq, Sərkisyan və Baş nazir Karen Karapetyan hakimiyyəti bölüşəcəklər, lazım gələndə isə dəyişikliklər belə edəcəklər:
“Əgər bu cəhd alınmasa, Sərkisyan Brejnev olmağa çalışacaq. Artıq Robert Köçəryanın adamlarının bəziləri siyasi arenaya qaytarılıb. Bu işdə Rusiyanın rolu olub. Moskva iki Qarabağ klanının arasındakı problemi həll edib. Görünür, indiyə qədər tərəflər arasında razılaşma normal qaydada gedir”.




