"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Kreml separatizmə dəstək siyasətini dəyişir – “Lavrov Qarabağda”

21 Aprel 2017 - 09:10
in MANŞET, XƏBƏR LENTİ

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

 

Rusiya baş diplomatının Abxaziya səfərində güdülən əsas məqsəd; Moskva Bakının da götürməli olduğu mesajla nə demək istəyir? “Bloomberg” Kremlin strateji hədəfindən yazdı: “Rusiya tədrici hərəkət edir…”

Xəbər verdiyimiz kimi, aprelin 18-19-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov Gürcüstanın qanuni ərazisi sayılan Abxaziyada səfərdə olub. Beynəlxalq hüquq baxımından tam qanunsuz sayılan bu səfəri Moskva sözsüz ki, qanuni hesab edir. Çünki separatçı qurumu tanıyan yeganə ciddi dövlətdir.
Digər heç bir ölkə hələ ki bu addıma getməyib. Hətta 2008-ci ildəki “5 günlük” müharibədən sonra Abxaziya və Cənubi Osetiyanı Moskvanın təzyiqlərinə rəğmən, heç onun marioneti Ermənistan və ən yaxın tərəfdaşı Belarus belə tanımayıb.
***
Qayıdaq Lavrovun Abxaziya ziyarətinə. Səfərdən sonra Rusiya baş diplomatının verdiyi açıqlamalar kifayət qədər maraq kəsb edir və Kremlin Cənubi Qafqaz siyasətinin vektorlarına bir daha işıq salır. Ən mühüm məqamlara diqqət edək.
“Biz əminik ki, yaxın gələcəkdə Gürcüstan və Abxaziya arasında güc tətbiq etməmək haqqında hüquqi əhəmiyyətli sənəd imzalanacaq”. Sergey Lavrov belə deyib (axar.az). O, bu sənədin bütün Qafqaz regionu üçün vacib siqnal olacağını da bildirib.
Yəni Gürcüstanın bir parçasını ondan qoparıb “dövlət” yaratmaq azmış kimi, indi də Moskva Abxaziya və Gürcüstan arasında bərabərhüquqlu təhlükəsizlik sənədinin imzalanmasını təklif edir. Bununla da Abxaziyanın dövlət olaraq varlığını, yəni legitimliyini ən əvvəl Tiflisə qəbul etdirməyə, nəticə etibarilə bölgədə öz təsirini gücləndirməyə çalışır. Gürcüstan hökuməti sözsüz ki, bu addıma getməyəcək.
***

Image result for Moskva-Suxumi-Tiflis-İrəvan
Jurnalistlər Lavrova həmçinin Moskva-Suxumi-Tiflis-İrəvan dəmir yolunun nə zaman fəaliyyətə başlayacağı ilə bağlı da sual veriblər. Cavabında Rusiyanın baş diplomatı Abxaziyada bu məsələni müzakirə etmədiyini bildirib. “Rusiya tərəfi öz mallarının bu dəmiryolu vasitəsilə ötürülməsinin reallaşdırılmasının əleyhinə deyil. Hətta bunun üçün hüquqi əsas da var. Bu dəmir yolunun yenidən fəaliyyətə başlaması təkcə bizdən yox, həm də digər ölkələrdən asılıdır” – Lavrov qeyd edib.
Yada salaq ki, keçən ilin əvvəllərində Rusiya prezidenti Vladimir Putin adıçəkilən dəmir yolunun fəaliyyətə başladılmasını təklif etmişdi. Tiflis əvvəlcə buna müsbət yanaşsa da, sonradan fikrini dəyişmişdi. Səbəb sübhəsiz ki, ən əvvəl Azərbaycanla bağlı idi. Çünki Gürcüstan strateji müttəfiqi Azərbaycanla münasibətləri poza bilməzdi. Hər necə olmasa, Moskva-Suxumi-Tiflis-İrəvan dəmir yolunun işə düşməsi Rusiya ilə heç bir quru əlaqəsi olmayan işğalçı Ermənistan üçün məxsusi əhəmiyyət daşıyır.

Image result for Karen Karapetyanın Tiflis səfəri
Yeri gəlmişkən, bu ilin fevralında Ermənistan baş naziri Karen Karapetyanın Tiflis səfərində əsas hədəflərdən biri məhz dəmiryolunun açılması ilə bağlı olub. O vaxt da gürcü rəsmiləri erməniləri sevindirə bilməmişdilər. Ancaq bu, o demək deyil ki, məsələ gündəmdən çıxıb və qapanıb. Azərbaycanın ayıq olması lazım. Həm də o səbəbə ki, Lavrov Abxaziya ilə bağlı başqa mesajlar da verib. O sırada bəyan edib ki, Abxaziyanın təhlükəsizliyinə ən etibarlı şəkildə Rusiya tərəfindən zəmanət verilib. Nazir hətta separatçı qurumun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyünü də istisna etməyib.
Sitat: “Biz Abxaziyanın KTMT ilə əməkdaşlığından məmnun olardıq. Abxaziyanın KTMT-yə tamhüquqlu üzv olması və ya müşahidəçi statusu qazanması Alyansın bütün üzvlərinin konsensusundan asılıdır. Bu təşkilatın Abxaziyanın təhlükəsizliyini təmin etməsinə gəlincə, Suxuminin təhlükəsizliyinə ən etibarlı şəkildə Rusiya ilə Abxaziya arasında müqavilələrlə zəmanət verilib”.
***
Bu arada nüfuzlu “Bloomberg” agentliyi Rusiyanın postsovet məkanında yaratdığı separatçı qurumlara yönəlik siyasətini işıq salan başqa bir faktdan yazıb. Musavat.com-un məlumatına görə, materialda müəllif Moskvadakı üç ciddi mənbəyə istinadla Putinin Donbasa nəzarəti gücləndirdiyini qeyd edərək, bildirir ki, strateji hədəf – Rusiya ilə tədrici inteqrasiya vasitəsilə Donbası bütünlüklə Ukraynadan ayırmaqdır.

Related image
“Rusiyanln planlarına Ukraynanın şərqində özünü müstəqil elan eləmiş respublikaları tanımaq daxil deyil. Rusiya tədrici hərəkət edir. O sırada ukraynalı fəalların tətbiq elədiyi iqtisadi blokadadan yararlanır. Eyni zamanda qondarma respublikalarla həlledici xarakterli iqtisadi əlaqələr qurur. Putin ABŞ-ın Ukrayna problemlərinə yanaşmasında qeyri-müəyyənliyindən də yararlanır. Bununla da Minsk anlaşmasının yerinə yetirilməsinə və özünə qarşı sanksiyaların götürülməsinə olan ümidləri heçə endirir”, – deyə agentlik qeyd edib.
***
Göründüyü kimi, rəsmi Kreml separatçı qurumlar və bölgələrlə bağlı ənənəvi siyasətini daha da cilalalamaq, təkmilləşdirmək kursu götürüb. Odur ki, yeni taktikadan Azərbaycanın da çıxarmalı olduğu nəticələr var. Hər necə olmasa, Rusiya Qarabağ probleminin həllində əsas vasitəçi olaraq qalır. Moskvanın necə bir “ədalətli” vasitəçi olduğu isə Abxaziya məsələsində çılpaqlığı ilə üzə çıxdı.
İndi də Rusiya öz baş diplomatını nümayişkaranə şəkildə separatçı bölgəyə göndərməklə Azərbaycana da mesaj verir ki, “özünü Gürcüstan kimi pis aparsa, günün birində Rusiya XİN başçısının Qarabağa da analoji səfəri reallaşa bilər”. O üzdən Bakı son vaxtlar Moskvanın postsovet məkanında özünün yaratdığı separat bölgələrə yönəlik siyasətini və bu siyasətə edilən düzəlişləri diqqətlə izləməlidir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycanda görünməmiş hadisə – Bu evdə əşyalar öz-özünə yanır (Video)

Next Post

“Mançester Yunayted” növbəti mərhələdə – Video

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

Next Post

“Mançester Yunayted” növbəti mərhələdə - Video

Cəbhədə gərgin gecə - Atəşkəs 140 dəfə pozuldu

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.