Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya Silahlı Qüvvələrinin Ukraynada xüsusi hərbi əməliyyat zamanı itkiləri ilə bağlı vəziyyəti şərh etməyib.
Elchi.az-ın xəbərinə görə, jurnalistlərin bir gün əvvəl “Komsomolskaya Pravda” nəşrində dərc olunan və Müdafiə Nazirliyinin rəsmi məlumatlarından ciddi şəkildə fərqlənən itkilərlə bağlı məlumatları şərh etməklə bağlı xahişinə Kremlin sözçüsü belə cavab verib: “Xeyr, heç cür şərh verə bilmərəm. Bunu “Komsomolskaya Pravda”dan soruşmaq lazımdır”.
Qəzetin jurnalisti Aleksandr Qamov vəziyyətə aydınlıq gətirərək bildirib ki, “Komsomolskaya Pravda” saytı sındırılıb və cəmi bir neçə dəqiqə ərzində yalan, feyk məlumat yayılıb, bir çox KİV-in bundan xəbəri var.
Kremlin sözçüsü əlavə edib ki, Kremldə itkilərlə bağlı aktual məlumat yoxdur: “Bizim məlumatımız yoxdur və itkilər barədə məlumatı hərbi əməliyyat zamanı səsləndirmək səlahiyyətimiz yoxdur. Bu, yalnız Müdafiə Nazirliyinin səlahiyyətindədir”.






