"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Kreml Türkiyəyə görə “boz sxem” planı hazırlayır

15 Dekabr 2015 - 10:54
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Ermənistan Rusiyanın xeyir-duası ilə rus qazından imtina edib, İrandan qaz almağa başlayacaq.

 

Bunu Axar.az-a açıqlamasında gürcü Gela Vasadze politoloqu söyləyib. Onun sözlərinə görə, Moskva Gürcüstan ərazisini Türkiyəyə qaz tranziti üçün istifadə edə bilər:

 

“Kaladzenin “Qazprom”la hansı məqsədlə danışıqlar aparmasının cavabı budur. Ermənistan Rusiyanın xeyir-duası ilə rus qazından imtina edib, İrandan qaz almağa başlayacaq. Gürcüstan Ermənistan üçün böyük həcmdə qaz qəbul edəcək. Tiflis həmçinin tranzit üçün özünə də pay götürəcək. Bununla bərabər, Azərbaycan “Qazprom”dan qaz alacaq. Bunun nə demək olduğunu tapa bildinizmi? Bu, Türkiyənin rus qazından rəsmən imtina edəcəyi vaxt ona rus qazının verilməsi üçün hazırlanan boz sxemdir. Əlbəttə, bu, Moskva və Ankara üçün faydalıdır. Ankara hazırda çox aktiv şəkildə alternativ enerji mənbələri axtarmaqla məşğuldur. Əsas mənbələr sırasında isə Türkiyə üçün Azərbaycan, Türkmənistan və İsrailin adı çəkilir. Biz isə bu sxemdə iştirak etməklə Kremldən yenə asılı vəziyyətə düşürük. Təbii ki, bu bizim hakimiyyəti az narahat edir”.

 

Politoloq bu sxemin xüsusi qrup tərəfindən planlaşdırıldığını söyləyib:

 

“Gürcüstan Rusiya ilə danışıqlara Ermənistanın İrandan qaz almağa başlayacağı ilə bağlı informasiyalar yayılanda start verdi. Türkiyə və Rusiya rus qazının qiyməti ilə bağlı razılaşmadılar, nəticədə,“Türk axını” ləğv olundu. Buna görə də “Qazprom”un qazının ifrat dərəcədə çox olduğu bir vaxtda onu Gürcüstan ərazisindən istifadə etməklə satması tamamilə mümkündür. Hər şey çox sadədir. Rusiya Türkiyəyə əlavə qaz satmaq istəyir, amma indiyə qədər qiymətdə razılaşma mümkün olmayıb. Ona görə də “Türk axını”nın boz sxemini fikirləşdilər. Bunun sayəsində qaz satmaq daha ucuz olacaq və əldə olunan gəlirlərin bir qismi müəyyən şəxslərin cibinə axacaq. Məhz buna görə ticarət aparılır. Burada geosiyasi maraqlar yox, şəxsi iqtisadi maraqlar önə keçir”.

 

O, Türkiyənin bu sistemdən yararlana biləcəyini söyləyib:

 

“Boz sxemin hazırlanması Rusiya təyyarəsinin Türkiyədəvurulmasından və ya Rusiya təyyarəsinin Türkiyə hava məkanını pozmasından sonra başlamayıb. Hər şey tərəflərin qiymət məsələsində razılaşmaması nəticəsində “Türk axını” layihəsinin batması ucbatından yaranıb. Beləliklə, burada söhbət bir növ “Türk axını” layihəsinin yeni formada reinkarnasiyasından gedə bilər. Daha dəqiq desək,İvanişvili Kremlin sifarişini yerinə yetirir. Yaxın günlərdə Türkiyə rus qazının birbaşa alınmasından imtina etməyəcək və mavi axını heç kim dayandırmayacaq. “Türk axını” layihəsinin batması və Rusiyanın Suriyaya müdaxiləsi Moskva və Tiflisin yadına köhnə sxemi salıb. Bir zamanlar Rusiyadan olan elektrik enerjisi Türkiyəyə müəyyən şəxslərin gəlir əldə etməsi ilə ötürülürdü. Buna görə də onu yenidən bərpa etməyi qərara alıblar”.

 

Qeyd edək ki, “Qazprom” 2014-cü ildə Gürcüstana 0,3 milyard kub metr kommersiya xarakterli qaz ötürüb. Rəsmi Tiflis, ümumiyyətlə, Rusiyadan qaz alışını artırmaq istədiyini bəyan edib. Artıq tərəflər arasında Milan və Luksemburqda danışıqlar keçirilib. Rusiya ilə bərabər, Tiflis enerji mənbələrinin diversifikasiyası üçün İranla da danışıqlara başlamağı nəzərdə tutur. Gürcüstan müxalifəti isə hazırkı hakimiyyətin Rusiya ilə bağlı siyasətinə kəskin etiraz edir. Müxalifət “Gürcü arzusu” koalisiyasını Moskvanın maraqlarına xidmət etməkdə günahlandırır. Ekspertlər isə müqavilənin imzalanacağı təqdirdə Rusiyanın Cənubi Qafqazda təsirini artıracağını və Ermənistanın enerji ilə təchizatının daha da asanlaşacağını söyləyirlər.

 

Hazırda Gürcüstanın qaza olan tələbatının böyük hissəsini SOCAR ödəyir. Energetika naziri KaxaKaladze bir müddət öncə Gürcüstanın qaza olan tələbatının hamısını Azərbaycanın ödəmək iqtidarında olmadığını söyləsə də, SOCAR bunu təkzib edib.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Çin Azərbaycana xüsusi təyinatlı maşınlar göndərir

Next Post

Aki Nağı ilə bağlı Elmar Məmmədyarova müraciət edildi

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Aki Nağı ilə bağlı Elmar Məmmədyarova müraciət edildi

Krımda yaşayan soydaşımızdan həyəcanlı açıqlamalar

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.