Kreml Ukraynanın separatçı Donbas respublikalarının sakinlərinə Rusiya vətəndaşlığının verilməsini pozuntu hesab etmir.
Elchi.az-ın xəbərinə görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, “Luqansk və Donetsk Xalq Respublikaları”nın sakinlərinə Rusiya pasportlarının verilməsi Minsk razılaşmalarının pozulması deyil: “Bu cür hallar bütün dünyada baş verir”.






