İsveçin Baş naziri Ulf Kristersson, ölkəsinin NATO üzvlüyünü qazanaraq Alyansa çox böyük töhfə verə biləcəyini ifadə edərək, “Uzun müddət üçün buradayıq. Terror və mütəşəkkil cinayətkarlıqla mübarizədə qərarlıyıq” dedi.
Elchi.az xəbər verir ki, İsveçin baş naziri Ulf Kristersson NATO Sammitinin keçirildiyi Litvanın paytaxtı Vilnüsdəki Litexpo-ya gəlişi ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.
“İsveçin NATO-ya üzvlüyü ilə bağlı dünən çox mühüm qərar qəbulu addımları atdıq”. Kristersson prezident Rəcəb Tayyib Ərdoğan və NATO-nun baş katibi Yens Stoltenberqlə çox yaxşı görüşlər keçirdiklərini bildirib.
Şayəstə Hüseynova





