Sülhməramlılar Qazaxıstanın hüquq-mühafizə orqanları ilə birlikdə Almatı hava limanını nəzarətə götürüblər.
Elchi.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov açıqlama verib.
Konaşenkov hazırda Rusiyanın Almatıdakı baş konsulluğunun və digər mühüm obyektlərin mühafizə altında olduğunu bildirib.





