“KTMT ilə bağlı bəzi narahatlıqlarımız var”.
Elchi.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan dünən Münhendə keçirilən müzakirələr zamanı moderatorun KTMT-nin effektiv olmadığını və Ermənistanın onu tərk edə biləcəyini dəfələrlə bəyan etməsi ilə bağlı müşahidəsini şərh edərkən deyib.
“Bilirsiniz, bizim KTMT ilə bağlı müəyyən narahatlıqlarımız var və bu narahatlıqlar ictimai xarakter daşıyır. Biz həmkarlarımızla bu məsələləri qaldırmışıq, faktiki olaraq ictimailəşdirmişik və narahatlıqlar hələ də davam edir. Biz bu sualların və narahatlıqların həlli üçün çalışırıq”, – deyə Paşinyan bildirib.
Yeganə






