Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi İmanqali Tasmaqambetov fevralın 12-13-də Belarus Respublikasına gedəcək.
Elchi.az “Armenpress”-ə istinadən xəbər veirir ki, bu barədə KTMT-nin mətbuat xidməti məlumat yayıb.
“Səfər zamanı onun Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə görüşü planlaşdırılır. Baş katib KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının noyabr (2022-ci il) sessiyasının qərarlarının icrası planını və Belarusun sədrliyi dövründə KTMT-nin fəaliyyətinin prioritet istiqamətlərini təsdiq etmək üçün KTMT-nin Daimi Nümayəndəliyi tərəfindən razılaşdırılaraq təqdim edəcək”.
Həmçinin, Tasmaqambetovun Belarusun xarici işlər naziri Sergey Aleynik, Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç və müdafiə naziri general-leytenant Viktor Xrenimi ilə danışıqlar aparacağı gözlənilir. Bu, Tasmaqhambetovun təşkilatın yüksək inzibati rəsmisi kimi Minskə ilk səfəridir.
Yeganə





