Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Federasiyasının prezidenti Vladimir Putin arasında keçirilən görüşə münasibət bildirib.
Elchi.az bu barədə Unian.net-ə istinadən xəbər verir.
“Kimsə Ukraynasız görüşürsə, bu, o demək deyil ki, onlar Ukraynasız danışırlar. Ukrayna Hamletin atasının ruhu kimidir. Biz həmişə varıq”, – deyə Kuleba bildirib.
Bununla bağlı Kuleba qeyd edib ki, türkiyəli nazir Hakan Fidan Kiyevə səfər edib və çoxlu substantiv danışıqlar aparılıb, daha sonra o, Moskvaya gedib.
Yeganə




