Kürdəmir sakinini Xaçmazda cərəyan vurub öldürüb.
Elchi.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Qımılqışlaq kəndində qeydə alınıb.
Kürdəmir rayon sakini, 1968-ci il təvəllüdlü İlyas Ramazan oğlu Cəbrayılov həmin ərazidə su doldurarkən elektrik naqilinə toxunub. Nəticədə elektrik cərəyanı onu vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.




