"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Kürdəxanı təcridxanasında daha dustaq saxlamağa yer yoxdur

24 Mart 2016 - 10:44
in aktual-banner, Banner

Bunu da oxuyun

Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib

Borrell: Aİ-nin yaxın gələcəkdə ümumi ordusu olmayacaq

Xankəndidə 12 silah, 18 qumbara aşkarlanıb

Kürdəxanı təcridxanası

 

Nurçu təriqətini yaymaqda təqsirləndirilərək həbs olunan şəxslər barələrində qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmamasına baxmayaraq, Kürdəxanıdakı 1 saylı İstintaq Təcridxanasından cəzaçəkmə müəssisəsinə köçürülüb. Elchi.az Azadlıq radiosuna istinadən bildirir ki bu barədə həmin cinayət işi üzrə təqsirləndirilən 5 nəfərdən dördünün – Eldəniz Hacıyev, Şahin Hacıyev, İsmayıl və Zəkəriyyə Məmmədov qardaşlarının vəkili Əshabəli Mustafayev məlumat yayıb. Müdafiəçi bu addımın qanunsuz olduğunu bildirir.

Vəkilin sözlərinə görə, qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadığı halda dustaqların köçürülməsini istintaq təcridxanasında yer olmaması ilə əsaslandırıblar: «Ədliyyə Nazirliyi və istintaq təcridxanası ilə telefonla danışdım. Deyirlər ki, dustaqları saxlamağa yer çatışmır, ona görə də cəzaçəkmə müəssisəsinə göndəririk. Bu tutulan şəxslər yalnız dini məzmunlu kitablar oxuduqları üçün məhkum olunublar. İnsanlar heç bir cinayət törətmədiyi halda məhkum olunurlar, sonra da kamera çatışmır və yenə də qanunu pozaraq, onları hökm qüvvəyə minməmiş cəzaçəkmə müəssisəsinə göndərirlər».

İŞ HƏLƏ APELLYASİYA MƏHKƏMƏSİNDƏDİR

Cinayət işində «klassik nurçu» kimi təqdim olunan və CM-nin 167-2.2.1-ci (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq dini təyinatlı ədəbiyyat və dini məzmunlu digər materiallar yayma) və 168.2-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) maddələri ilə ittiham edilən beş nəfər 2014-cü ilin aprelində keçmiş MTN əməkdaşları tərəfindən həbs olunub. Beş ay sonra gözlənilmədən onların barəsində həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub. Təxminən bir il davam edən məhkəmə prosesindən sonra keçən ilin oktyabrında Yasamal rayon Məhkəməsində onların barəsində hökm elan olunub. Hökmə əsasən, Rəvan Fərzəliyev 1 il 6 ay, İsmayıl Məmmədov 5 il 6 ay, Eldəniz Hacıyev 4 il 6 ay, Zəkəriyyə Məmmədov və Şahin Həsənovun hər biri isə 5 il azadlıqdan məhrum edilib və onlar məhkəmə zalında yenidən həbs olunub.

Həmin hökmdən də apellyasiya şikayəti verilib. Bakı Apellyasiya Məhkəməsində ilkin baxış iclasında Qail Məmmədovun sədrliyi ilə hakimlər kollegiyası bu işə məhkəmə istintaqı aparılmadan (şahidlər dindirilmədən, sübutlar araşdırılmadan) baxılması barədə qərar qəbul edib. Vəkil Əshabəli Mustafayev, həmçinin Rəvan Zərbəliyevin müdafiəçisi Yalçın İmanov ilkin baxış iclasının sözügedən qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib. Bu şikayətə baxılıb qərar verilənə qədər apellyasiya instansiyasındakı proses təxirə salınıb. Hökmün qüvvəyə minməsi üçün isə apellyasiya məhkəməsinin yekun qərarı olmalıdır.

MƏHKƏMƏYƏ ŞİKAYƏT

Əshabəli Mustafayev deyir ki, bu adamların barəsində həbs qərarının qanunsuzluğu barədə şikayətləri artıq Avropa Məhkəməsindədir: «İndi də hökm qüvvəyə minməmiş onun icra edilməsi barədə şikayət göndəriləcək».

Müdafiəçi onu da qeyd edib ki, hüquqlarını qoruduğu şəxslərə qarşı bu qanunsuzluğa görə Penitensiar Xidməti də məhkəməyə verəcək.

Novruz bayramıyla əlaqədar ölkədə qeyri-iş günü olduğundan Penitensiar Xidmətin məsələ ilə bağlı mövqeyini öyrənmək mümkün olmayıb.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Əhməd Obalı: “Gördüyümüz işlər 30 milyonluq bir millət üçün qənaətbəxş hesab oluna bilməz”

Next Post

İŞİD Avropa üçün 400 kamikadze hazırlayıb

Bənzər yazılar

Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib

Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib

26 Aprel 2024 - 19:23

Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Dəstək Qüvvələri komandanı Aleksandr Yakovetsi vəzifəsindən azad edib. Elchi.az  xəbər verir ki, bu...

Borrell: Aİ-nin yaxın gələcəkdə ümumi ordusu olmayacaq

Borrell: Aİ-nin yaxın gələcəkdə ümumi ordusu olmayacaq

09 Aprel 2024 - 14:05

Avropa İttifaqının  yaxın gələcəkdə ümumi ordusu olmayacaq. Elchi.az  RİA Novostiyə istinadən xəbər verir ki, Avropa diplomatiyasının rəhbəri Xosep Borrell onun...

Xankəndidə 12 silah, 18 qumbara aşkarlanıb

Xankəndidə 12 silah, 18 qumbara aşkarlanıb

08 Aprel 2024 - 10:06

Xankəndi şəhərində 12 silah, 18 qumbara aşkarlanıb. Elchi.az  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib...

Britaniya və Fransa Ukrayna Silahlı Qüvvələrinin məğlubiyyətinin qarşısını almağa çağırıb

Britaniya və Fransa Ukrayna Silahlı Qüvvələrinin məğlubiyyətinin qarşısını almağa çağırıb

08 Aprel 2024 - 09:26

Böyük Britaniya və Fransanın xarici işlər nazirləri Devid Kemeron və Stefan Sejournet Ukrayna Silahlı Qüvvələrinin  Rusiya Federasiyası ilə münaqişədə məğlubiyyətinin...

Next Post

İŞİD Avropa üçün 400 kamikadze hazırlayıb

Rusiya Türkiyə gəmisini niyə həbs etdi?..

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.