"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Kürd təşkilatları Türkiyə ilə atəşkəsə son qoyub (Təhlil)

15 İyul 2015 - 11:35
in XƏBƏR LENTİ

Kürd təşkilatları Türkiyə ilə atəşkəsə son qoyub (Təhlil)

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Kürd təşkilatları şəbəkəsinə daxil olan Kürdüstan İşçi Partiyası – PKK Ankara ilə atəşkəsə dair 3 ildir sürən razılığın sona çatdığını elan edib. Bu addım Türkiyə kürdləri ilə uzanmış barışıq prosesinə böyük zərbə kimi qiymətləndirilir.
PKK ilə əlaqəsi olan Kürd İcmaları Şurası –KCK 2012-ci ildə əldə olunan razılığa son qoyduğunu birinci elan edib və ölkənin cənub şərqindəki bütün “xəndəkləri” hədəf alacağını bildirib. KCK verdiyi bəyanatda bildirib ki, Türkiyənin hərbi məqsədlərlə kazarma, xəndək və yollar tikməsi atəşkəsin pozulması deməkdir.
Bəyənatda deyilir ki, “Türkiyə dövləti atəşkəsdən demokratik siyasi həll yolu  tapmaq deyil, hərbi postlar, yollar və xəndəklər quraraq müharibəyə hazırlıq üçün istifadə edib.” Bəyanat ilkin olaraq PKK ilə əlaqəsi olan və qərargahı Amsterdamda yerləşən Fırat xəbər agentliyinə ötürülüb.
PKK 1984-cü ildən üsyana başlayıb və 30 ildə təşkilat öz məqsədindən geri çəkilməyib. PKK-nin həbsdə olan lideri Abdullah Öcalan münaqişənin həlli ilə bağlı danışıqlar aparıb. Lakin son zamanlar tərəflər daha sərt mövqedən çıxış etdiyi üçün proses durğunluq mərhələsindədir. PKK-nin bəzi yüksək səviyyəli rəsmiləri proseslə bağlı şübhələrini ifadə edib, bəzi PKK döyüşçüləri isə Amerikanın Səsinə bildirib ki, onlar artıq Öcalanın sülh strateqiyasına inanmır.
Hökumət tərəfdən də mövqedə sərtləşmə müşahidə edilib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mart ayındaçıxışı zamanı Kürd problemin mövcud olduğunu fikrini ümumiyyətlə rədd edib. O, Kürdlərin ölkənin digər vətəndaşları kimi bərabər hüquqlardan yararlandıqlarını bildirib.
Ölkə müxalifəti prezidentin bu açıqlamalarını iyun ayında parlament seçkiləri ilə əlaqələndirib. Prezidentin mənsub olduğu AKP partiyasının çoxluğu itirməsindən sonra koalisiya üzrə tərəfdaşlarla danışıqlar aparmalıdır. Ədalət və İnkişaf Partiyası-AKP-nin sülh prosesinin başa çatmasını dəstəkləyən Milli Hərəkət Partiyası ilə koalisiya hökuməti quracağı ehtimal edilir.
PKK rəhbərliyinin Kürd İcmaları Şurasının yayımladığı bəyanatı rəsmi olaraq dəstəkləyib-dəstəkləməyəcəyi məlum deyil. PKK-nın özünün nəyə görə rəsmi bəyanatla çıxış etmədiyi də aydın deyil.
Ölkənin cənub-şərqində Türkiyə hərbi qüvvələri ilə PKK arasında qarşıdurmanın  artdığı müşahidə edilir. Hər iki tərəf bir-birini münaqişəni qızışdırmaqla günahlandırır.
1984-cü ildən bu yana PKK ilə qarşıdurmalar nəticəsində 40 minə yaxın insan həlak olub. PKK Birləşmiş Ştatlar və Avropa Şurası da daxil olmaqla, bəzi beynəlxalq ictimaiyyət tərəfindən terrorçu təşkilat olaraq qeydə alınıb.
Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib ki, xəndəklərin və yolların tikintisi davam edəcək. O, PKK-nı öz döyüşçülərini Türkiyə ərazisindən çıxarmaq haqda verdiyi sözü yerinə yetirməməkdə günahlandırır (“Amerikanın səsi”).
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Dollar və avroda son vəziyyət – Cədvəl

Next Post

İrəvanda növbəti mitinq dalğası – Əhali yenidən ayağa qalxdı

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

İrəvanda növbəti mitinq dalğası - Əhali yenidən ayağa qalxdı

Müğənninin evi yandı: “Corab da çıxara bilmədim“

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.