Kürdləri Türkiyə xilas edir, onlarsa Amerikaya təşəkkür edirlər; Fransa agentliyindən qərəzli xəbər
“Agence France-Presse”in məlumatına görə, əsələn Suriyadan olan 35 yaşlı Sultan Mahmud ailəsi ilə birlikdə İŞİD təhlükəsindən uzaqlaşmaq üçün Türkiyəyə qaçıb. Hazırda Türkiyədə 200 min Suriya kürdü qaçqın düşərgəsində yaşayır.
Onun 6 uşağı var. Qadın yeddinci uşağa hamilə imiş. Güclə özlərini Türkiyəyə çatdıra bildilər. Buradakı qaçqın düşərgəsində öğlu dünyaya gəlib. Ailə düşünmədən uşağa Obama adı qoyub.
Agendlik yazır ki, Suriyadan qovulmuş kürdlər hesab edirlər ki, əgər Obama İŞİD-ə qarşı hava hücumlarına start verməsəydi, kürdlərin vəziyyəti ağlasığmaz dərəcə də pis ola bilərdı: “İndi isə bizim ümidimz var. Düşünürük ki, tezliklə İŞİD məhv olacaq, biz də Suriyaya qayıdacağıq”.
Obamanın anası deyir ki, kürdlərin Amerikadan başqa dostu yoxdur.
Agentliyin məlumatına görə, Amerika qırıcıları Suriyada Kobanidəki İŞİD mövqelərini bombalayanda Türkiyədə və Suriyadakı kürdlər “Obama, Obama” deyə bağırırlar.
Agentlik Səlami Altay adlı Türkiyə kürdünün də fikrinə yer verib: “Bütün dünya Amerika kimi Kobanidəki kürdlərə kömək etməlidir. Ancaq biz kürdlərin Amerikadan başqa həqiqi dostu yoxdur”.
Balaca Obamanın anası Sultan Mahmud deyir ki, doğuşla bağlı onu Serukdakı xəstəxanaya aparıblar. Körpə xəstəxanada dünyaya gəlib. Buna baxmayaraq o, Türkiyədəki vəziyyətini acınacaqlı adlandırıb.: “Bütün çətinliklərə baxmayaraq, mənim oğlum böyüyəcək və Obama kimi insanları fəlakətdən xilas edəcək. Bizə Obamadan başqa heç kim kömək etmir”.
Elbəyi Həsənli, Müsavat.com
P.S “Agence France-Presse”-ın hazırladığı bu xəbərdə qərəz göz qabağındadır. Türkiyə Suriyadan qaçan 3 milyon insana qucaq açıb. Onlardan 200 mini kürddür və ayrıca şəhərcikdə məskunlaşıb. Faktiki, kürdləri Türkiyə xilas edir, ancaq onlar Amerikaya təşəkkür etməyi lazım bilirlər. Özü də bu qədər qaçqının bütün xərcləri Türkiyənin hesabına ödənilir.