KXDR-in Rusiya ilə strateji əməkdaşlığı gücləndirilir. Elchi.az RİA Novostiyə istinadən xəbər verir ki, Şimali Koreyanın xarici işlər naziri Çoi Sonq iki ölkə arasındakı münasibətləri belə qiymətləndirib.
KXDR Xarici İşlər Nazirliyinin rəhbəri həmkarı Sergey Lavrova Koreyanın azad edilməsinin 78-ci ildönümünə həsr olunmuş təbrik teleqramı göndərib.
Choi Song Hee təbrikində iki ölkə arasında strateji və taktiki əməkdaşlığın güclənməsindən məmnunluğunu ifadə edib.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen Inı Koreyanın Qurtuluş Günü münasibətilə təbrik edib. Putin qeyd edib ki, bayram Qırmızı Ordunun və Koreya vətənpərvərlərinin cəsarət və qəhrəmanlığının simvoludur. O, həmçinin əlavə edib ki, məhz o zaman dostluq və əməkdaşlıq ənənələrinin əsası qoyulub, bunun nəticəsində iki ölkə arasında mehriban qonşuluq münasibətlərinin inkişafı üçün zəmin yaranıb.
Havar Şəfiyeva






