Şimali Koreyanın xarici işlər naziri Çoi Sonq Hui Rusiyaya üç günlük rəsmi səfəri çərçivəsində Moskvaya gəlib. Elchi.az bu barədə Koreya Mərkəzi Xəbər Agentliyinə istinadən xəbər verir.
Çoi Sonq Xi Rusiyanın xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə Moskvaya gəlib. Onun səfər proqramının təfərrüatları məlum deyil.
Qeyd edək ki, bundan əvvəl Cənubi Koreya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İm Soo Seok bəyan etmişdi ki, Cənubi Koreya KXDR-in xaricə mümkün silah tədarükü ilə bağlı vəziyyətdən narahatdır və öz mövqeyini BMT Təhlükəsizlik Şurasının iclasları zamanı çatdırmağı planlaşdırır.
Havar Şəfiyeva






