"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Lənkəranda əməliyyat: baş memar və şöbə müdiri tutuldu

06 Oktyabr 2022 - 18:53
in HADİSƏ

Lənkəran baş memarı və psixiatriya xəstəxanasının şöbə müdiri tutulub.

Bunu da oxuyun

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

Bu barədə Elchi.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş vətəndaş müraciətləri əsasında həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri – baş memar Abdullayev Elgün Əzizulla oğlu və Lənkəran Şəhər Rayonlararası Psixiatriya xəstəxanasının şöbə müdiri Nuriyev Nəsrəddin Şahrza oğlu xidməti vəzifələrinin icrası ilə bağlı vətəndaşlardan rüşvət alarkən cinayət başında yaxalanıblar.

Əməliyyat tədbirləri ilə Elgün Abdullayevin qeyd olunan vəzifədə işləyərkən rayon ərazisində yerləşən torpaq sahələri üzərində tikilmiş fərdi-yaşayış evi və qeyri-yaşayış sahələri ilə bağlı sənədləşmənin aparılmasına, eləcə də həmin sahələrin layihələrinin rəhbərlik etdiyi şöbədə təsdiq edilməsi üçün ona müraciət etmiş ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlərdə rüşvət tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib.

Eləcə də, həyata keçirilən əməliyyat tədbirlərinin digər istiqaməti üzrə rayonlararası Psixiatriya xəstəxanasının şöbə müdiri Nəsrəddin Nuriyevin qeyd olunan vəzifədə işləyərkən vətəndaşa xəstəliklə əlaqədar epikrizin təqdim edilməsi, eləcə də məzmununa bilə-bilə saxta məlumatlar daxil etdiyi tibbi sənədlərin həmin şəxsə əlillik dərəcəsinin təyin edilməsi məqsədilə müvafiq elektron sistemə göndərilməsi müqabilində ona müraciət etmiş sonuncunun qohumundan rüşvət almasına dair əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanmış, Elgün Abdullayevə həmin Məcəllənin 311.3.2 (rüşvət alma- təkrar törədildikdə) maddəsi ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri, Nəsrəddin Nuriyevə isə 311.1 (rüşvət alma) və 313-cü maddələri (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə yaşının çox olmasını nəzərə almaqla barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı qismində əsas, vəzifədən kənarlaşdırma qismində əlavə qətimkan tədbiri seçilib.

Hazırda təqsirləndirilən şəxslərin eyni xarakterli əməllərindən zərər çəkən çoxsaylı vətəndaş müraciətlərində göstərilən digər xüsusatlar ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

“Qeyd edilən şəxslərin qanunazidd əməllərinə məruz qalmış vətəndaşlardan Baş Prokurorluğun “961” Çağrı mərkəzinə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə, eləcə də sosial şəbəkələrdəki səhifələrinə müraciət etmələri xahiş olunur”, – məlumatda qeyd olunub.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İsveç “Şimal axını” qaz kəmərlərində partlayış törədilməsini təsdiqləyib

Next Post

“Azərbaycanı hədələyən İran ordumuzla hərbi təlim keçirmək istəyir”

Bənzər yazılar

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

06 May 2024 - 10:58

Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Belqorod vilayətinə hücum edib. Elchi.az xəbər verir ki, bu barədə TASS...

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

05 May 2024 - 13:23

Rusiyada fəaliyyət göstərən tanınmış azərbaycanlı bloger Hüseyn Həsənovun 153 milyon rubldan çox vergi borcu var. Elchi.az xəbər verir ki, bu...

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

02 May 2024 - 16:46

Türkiyənin İstanbul şəhərinin Başakşehir rayonunda yerləşən İkitelli sənaye zonasında kimyəvi maddələr istehsalı müəssisəsində partlayış baş verib. Elchi.az "TRT haber"ə istinadən...

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb

01 May 2024 - 23:14

Gürcüstanın paytaxtı Tbilisidə polis parlamentin xidməti girişinin qapılarını sındırmaq istəyən etirazçılara su çiləyib, bibər qazı sıxıb. Elchi.az xəbər verir ki,...

Next Post
“Azərbaycanı hədələyən İran ordumuzla hərbi təlim keçirmək istəyir”

"Azərbaycanı hədələyən İran ordumuzla hərbi təlim keçirmək istəyir"

Türk nazir: TANAP-la nəql edilən qazın həcmi artırılır!

Türk nazir: TANAP-la nəql edilən qazın həcmi artırılır!

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.