Lənkəran rayonunda uşaq ölümü faktı baş verib. Hadisə bu gün səhər saatlarında rayonun Digah kəndində qeydə alınıb.
Kənddə kirayədə qalan 24 yaşlı Sevinc Bayraməli qızı Bayramovanın 2 yaşlı oğlu Məhəmməd ölmüş vəziyyətdə aşkarlanıb.
Ana hadisə yerinə gedən hüquq-mühafizə orqanları əməkdaşlarına uşağın qəbul etdiyi qidadan boğularaq öldüyünü deyib. Amma istintaq tədbirləri nəticəsində uşağın boğulub öldürüldüyü müəyyənləşib. İstintaqa ifadə verən qadın övladını boğduğunu etiraf edib.
S.Bayramova hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır (APA).



