"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Lənkəranda özbaşınalıq

21 İyun 2016 - 12:51
in XƏBƏR LENTİ

axar.az1406828306lenkeran1

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Azərbaycan Respublikasının Cənub bölqəsi sayılan Lənkaran Şəhərində Dahi Nizami Gəncəvinin heykəli və adını daşıyan  dövlət tərəfindən muhafizəyə götürülmüş tarixi memarlıq abidəsi “Nizami” kino-teatrı “Neon-111” MMC tərəfindən sökülərək məhv edilmişdir.   

 

 

 

                 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli, 132 nömrəli Qərarına əsasən, 4792 inventar sırası ilə dövlət mühafizəsinə götürülmüş Lənkəran Şəhər “Nizami adına kinoteatrın binası” heç bir hüquqmüəyyəndedici sənəd olmadan “Neon-111” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən sökülüb məhv edilərək, yerində “Neon” Şadlıq Sarayı üçün tikinti işləri aparılır. O cümlədən, kino-teatrın qarşısında olan Dahi Azərbaycan Şairi Nizami Gəncəvinin heykəli də sökülmüşdür. (beş ədəd foto şəkillər əlavə olunur)

                Baş vermiş qanun pozuntusu ilə əlaqədar olaraq, “Qəsr” Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq İctimai Birliyinə Azərbaycan Respublikası Lənkəran Şəhər İcra Hakimiyyətinin Başçısı cənab Taleh Qaraşov tərəfindən ünvanlanan 01 aprel 2016-cı il tarixli, 10-50/1-470 saylı cavab məktubunda bildirilmişdir ki, “Nizami” kino-teatrı Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hərraca çıxarılmış və “Neon-111” MMC tərəfindən satın alınmişdır. “Neon-111” MMC tərəfindən sözü gedən tikili sökülmüş və yerində, qeyri-yaşayış abyekti üçün tikinti işləri aparılmışdır. “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi yanında “Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti”nin Lənkəran şəhər İcra Hakimiyyətinə müraciətindən sonra tikinti işləri dayandırılmışdır.”

                Apardığımız monitorinq nəticəsində məlum olmuşdur ki, Lənkəran Şəhərində “Neon-111” MMC tərəfindən “Şadlıq Sarayı” üçün aparılan tikinti işləri dayandırılmamış, hal-hazırda da davam etdirilir.

                Abidələr dövlət və bələdiyyə mülkiyyətində, eləcə də xüsusi mülkiyyədə ola bilər.

                Özəlləşdirilmiş yerli əhəmiyyətli memarlıq abidələrinin görkəmini və daxili quruluşunu pozmaq, onların mədəni, tarixi dəyərinə xələl gətirə biləcək hər hansı bir hərəkət etmək qadağandır. (Tarix və mədəniyyət abidələrinin qorunması haqqında Azərbaycan Respublikasının Qanunu. Maddə 4.)

                Abidənin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulmaq və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır. (Tarix və mədəniyyət abidələrinin qorunması haqqında Azərbaycan Respublikasının Qanunu. Maddə 10.)

                Abidələrinin qorunması haqqında Azərbaycan Respublikasının qanunvericiliyini pozan şəxlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət, inzibati, intizam və mülki məsuliyyət daşıyırlar. (Tarix və mədəniyyət abidələrinin qorunması haqqında Azərbaycan Respublikasının Qanunu. Maddə 28.)

                Belə həssas bir dövrdə, Azərbaycan Mədəniyyətini başqa millətlər tərəfindən mənimsənilməsi üçün cəhtlər edilərkən, Azərbaycan Respublikasının Cənub bölqəsi sayılan Lənkaran Şəhərində Dahi Azərbaycan Şairi Nizami Gəncəvinin heykəli və Dövlət mühafizəsinə götürülmüş, daşınmaz tarixi-memarlıq abidəsi olan “Nizami” adına kino-teatrı aidiyyatı qurumların qanuna zidd olaraq “razılıqları ilə” “Neon-111” MMC tərəfindən sökülərək məhv edilmişdir.

 Xatırladaq ki,  şəhərin ən böyük kino teatrı olan “Nizami” 1955-ci ildən ötən əsrin son onilliyinə qədər kino sevərlərin sevimli məkanı olub.Vaxtilə tamaşaçı əlindən yer olmayan, basırıq olan “Nizami” kino-teatrı hazırda acınacaqlı vəziyyətdədir. Kino-teatrın qapıları 25 ilə yaxındır ki, tamaşaçıların üzünə kilidlənib.Şəhər sakinləri kino teatrların indi də mühüm təbliğat vasitəsi olduğu qənaətindədirlər.Şəhərdəki kino-teatrlarla bağlı Lənkəran Şəhər Mədəniyyət və Turizm şöbəsindən bildirildi ki, 2001-ci ildə pespublika prezidentinin müvafiq sərəncamı ilə Azərkino video birliyi ləğv ediləndə “Nizami” və”Spartak” kino teatrı mədəniyyət nazirliyinin tabeçiliyinə verilib. Qəza vəziyyətində olduqlarına görə onların kino teatr kimi fəaliyyəti 90-ci illərin ortalarından dayandırılıb.

               

     “GƏSR” Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq İctima Birliyinnin mətbuat xidməti

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Sankt-Peterburq sammiti – Dağlıq Qarabağla bağlı nəticəsiz görüşlərin sayı artdı – ŞƏRH

Next Post

İlham Əliyev Nardarana gedib

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

İlham Əliyev Nardarana gedib

Hafiz Paşayev: Neftin aşağı qiymətləri iqtisadi islahatlara xidmət edir

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.