Lənkəranın tarixi məıkanlarından biri olan Dairəvi Qalanın dam örtüyü çöküb. Bugün.az xəbər verir ki, bu barədə Lənkaranda fəaliyyət göstərən Hüquqi Yardım ictimai birliyinin sədri İlqar Qasımov öz Facebook səhifəsində məlumat yayıb.
İlqar Qasımov bunu çox məyusedici bir fakt kimi dəyərləndirib.
Onun bildirdiyinə görə bir-neçə il Dairəvi Qala bir neçə il əvvəl təmir olunub.
Məlumatı yayan İlqar Qasımov bu vasitə ilə əlaqədar qürumların diqqətini Dairəvi Qalanın durumuna yönəltməyə çalışdığını bildirib.




