Lənkəranskidən sonra “böyük savaş”: “Türk klanı”nın ilk həmləsi

Bunu da oxuyun

Lənkəranskidən sonra “böyük savaş”: “Türk klanı”nın ilk həmləsi

Kriminal aləmdə Rövşən Lənkəranskinin qətli və Kürd Şakronun həbsindən sonra başlayacağı deyilən “böyük savaş”ın ilk əlamətləri artıq görünür.

Elchi.az” cebhe.info-ya istinadən xəbər verir ki, “türk klanı” adlandırılan, əsasən R.Lənkəranskinin sağlığında onun dəstəyi ilə Türkiyədə və Dubayda fəaliyyət göstərən “oğru”lar Kürd Şakroya qarşı açıq mübarizəyə başlayıb.

İlk həmlə  bu günlərdə həbsdən azad edilən Merab Cvanqveladzedən gəlib. Zərbə obyekti isə Kürd Şakronun ən zəif nöqtələrindən biri, qohumu Şalva Ozmanov olub. Kriminal aləmdə “Kuso” ləqəbi ilə tanınan Şalva Ozmanov Kürd Şakronun yaxın ətrafına daxil olub. O, “qanuni oğru” olmazdan əvvəl Moskvada anasına məxsus bilyard zalında işəyib. Hətta, çiynində zala gələnlərə xidmət etmək üçün xüsusi çanta ilə gəzib. İndi isə “türk klanı” ona “oğru” statusu almadan öncəki zamanlarını xatırlatmaq niyyətindədir.

Hazırda Şalva Ozmanov Yunanıstanda yaşayır. Onun “türk klanı”nın savaş mesajına  münasibətinin necə olacağı hələlik məlum deyil.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728