"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Lənkəranskinin "oğru" adı alınmayıb

07 Yanvar 2015 - 19:31
in MARAQLI

Ermənistan mətbuatı “qanuni oğru”ların bu ölkədə keçirilən “sxodkası” barədə yeni müfəssəl məlumatlar yayıb.

Bunu da oxuyun

Yer səthinin altında nəhəng okean aşkar edilib

Dünyanın ən yaşlı birləşmiş əkizləri vəfat etdi

Dünyanın ən izdihamlı yeri… 10 hektarlıq adada 1200 insan necə yaşayır?

78319_res_01Virtualaz.org saytı erməni KİV-lərinə istinadən xəbər verir ki, “sxodka” “Arsnakar” restoranında keçirilib. Həmin restoran isə Ermənistanın hakim Respublika Partiyasından keçmiş deputat, Ermənistan Futbol Federasiyasının indiki prezidenti Ruben Ayrapetyana məxsusdur.

“Sxodka”nın təşkilatçısı kriminal aləmdə “Artyom Kanevski” ləqəbi ilə məşhur olan Artyom Arutyunyan olub. Artyom 2010-cu ildə öldürülən digər məşhur “qanuni oğru” Armen Arutyunyanın qardaşıdır.

“Artyom Kanevski”nin Ermənistanın siyasi hakimiyyəti, habelə bu ölkənin hüquq-mühafizə orqanları ilə kifayət qədər sıx münasdibətləri var. Bəzi məlumatlara görə, Ermənistanda bu miqyasda “sxodka”nı yalnız hakimiyyətdən ən yuxarı səviyyədə xeyir-dua almaq imkanına malik “Artyom Kanevski” təşkil edə bilərdi.

Bildirilir ki, “Artyom Kanevski” “kriminal sammit” iştirakçılarının təhlükəsizliyinə birbaşa prezident Serj Sərkisyandan təminat alandan sonra təşkilatçılığı öz üzərinə götürüb.

Restoranın sahibi Ruben Ayrapetyan da S.Sərkisyanın sağ əli və ən yaxın adamlarından biri kimi tanınır.

Bundan başqa, Ermənistan müdafiə nazirinin müavini Vladimir Qasparyan, Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini Aykaz Baqramyan və digərləri “Artyom Kanevski”nin “oğru” qardaşı Armen Arutyunyanın yas mərasimində şəxsən iştirak ediblər.

“Artyom Kanevski” 2012-ci il parlament seçkilərində Ermənistanın keçmiş baş prokuroru, İstintaq Komitəsinin indiki sədri Aqvan Ovsepyanın qardaşı Ruben Ovsepyanın seçkiqabağı kampaniyasının təşkilatçılarından biri olub.

*   *   *15:51

Kriminal avtoritetlərin Ermənistanda keçirilən “sxodkası” barədə haqqin.az və virtualaz.org saytlarına yeni məlumat daxil olub.

Rövşən Lənkəranskiyə yaxın mənbə saytımıza bildirib ki, İrəvan yaxınlığında keçirilən “sxodka”da iştirak edən nüfuzlu “vor zakon”, “Şakro Molodoy” ləqəbli Zaxari Kalaşov Lənkəranskinin və “Cemo” ləqəbli Cemal Mikaladzenin “vor” titulundan məhrum edilməsinə qarşı çıxıb.

“Şakro” mövqeyini belə əsaslandırıb ki, “vor zakon”un taleyi onun özünün iştirakı olmadan həll edilə bilməz.

Mənbənin bildirdiyinə görə, dünənki “sxodka”da Lənkəranskinin maraqlarını təmsil edən “vor zakon”lar bu gün İstanbula geri qayıdacaq və onlar görüşün başqa təfərrüatlarını da çatdıracaq. Rövşən Lənkəranski hazırda İstanbulda yaşayır.

Virtualaz.org

*   *   *15:08

“Rövşən Lənkəranski “qanuni oğru” adından məhrum edilməyib”.

Bunu kriminal avtoritetin yaxın ətrafındakı mənbə virtualaz.org saytınınErmənistanda keçirilən “oğru sammiti”nin nəticələrini şərh etmək xahişinə cavabında deyib.

Mənbə bildirib ki, R.Lənkəranski Ermənistanda keçirilən “sxodka”dan və orada onun “oğru” adından məhrum edilməsi məsələsinin qaldırılmasından xəbərdardır.

“Rövşən Lənkəranski əvvəlki kimi “qanuni oğru” adını daşıyır. Rövşən Lənkəranski ilə münaqişədə olan adamlar onu dəfələrlə “sxodka”ya çağırıblar. Amma o, bu təkliflərə məhəl qoymayıb” – deyə mənbə bildirib.

Mənbə onu da əlavə edib ki, Ermənistandakı “sxodka” hələ də davam edir. Bu gün bu məsələ ilə bağlı yeni təfərrüatların üzə çıxacağı istisna deyil.

Moskvadakı oğru dairələrində Rövşən Lənkəranskiyə (Canıyev) yaxın digər mənbə də Ermənistanda son 10 ilin ən iri kriminal sammitinin keçirildiyinə dair yayılmış informasiyaları təkzib edib.

Virtualaz.org saytı xəbər verir ki, həmin mənbə Lənkəranskinin mövqeyini ifadə edən şərhi bir neçə KİV-ə, o cümlədən vesti.az-a göndərib.

Mənbə deyib ki, Ermənistanda keçirilən toplantıda Lənkəranskinin “vor zakon” titulundan məhrum edilməsinə dair yayılan informasiyalar yalandır.

Mənbənin bildirdiyinə görə, “Ded Xasan” klanının əsas liderləri – “Piçuqa” ləqəbli Yuri Piçuqin, “Voskres” ləqəbli Vasili Xristoforov, “Robinzon” ləqəbli Robinzon Arabuli və digərləri “sxodka”ya qatıla bilməyiblər. Həmçinin yunan, türk və Moskva qruplaşmalarının liderləri də bu toplantıya qatıla bilməyib.

Piçuqin və Xristoforovun “sxodka”da iştirak etməməsinin səbəbi məlumdur. Yanvarın 5-də Komi Respublikasının Ust-Vımsk rayonunda Piçuqinin kiçik qardaşı Oleq güllələnib. Nəticədə “vor zakon”lar Ermənistandakı “sxodka”ya yox, dəfn mərasiminə getməli olublar.

Nəticədə Ermənistanda bir qrup “vor zakon” toplaşsa da “Şakro Molodoy”un qərarı ilə “sxodka” sonraya təxirə salınıb. Mənbə deyib ki, sxodka olacaq, ancaq nə vaxt və harada – bu, məlum deyil.

“İrəvandakı görüşdə heç bir qərar qəbul edilməyib. Xüsusən də Rövşən Lənkəranskinin “vor” titulundan məhrum edilməsi ilə bağlı. Yeri gəlmişkən Rövşənin dostları – “vor zakon”lar Georgi Uqulava və Kaxaber Parpaliya da İrəvana uçublar. Ancaq “sxodka”nın təxirə salındığını görüb geri qayıdıblar. Heç  bir qərar qəbul edilməyib” – deyə mənbə bildirib.

Xatırladılır ki, 2012-ci ildə də “Ded Xasan”ın klanı Rövşən Lənkəranskini “vor” titulundan məhrum etməyə çalışıb, bu barədə qiyabi, yəni adamın özünün iştirakı olmadan qərar qəbul edilsə də həmin qərarın qüvvəsi olmayıb. Çünki “vor”un özünün iştirakı olmadan onu tituldan məhrum etmək prinsiplərə ziddir.

Mənbənin bildirdiyinə görə, Rövşən Lənkəranskinin tituldan məhrum edilməsinə dair informasiyanı onun düşməni, hazırda 8 saylı kalonda cəza çəkən “Lotu Quli” (Nadir Səlifov) yaya bilər.

Əvvəllər Canıyevin maraqlarını müdafiə etmiş vəkil Abdul Bağırov da onun tituldan məhrum edilməsinə şübhə edir.

Vəkil deyib ki, qiyabi yolla “vor zakon” titulu alınmır. Onun fikrincə, bu yalan informasiyanı təxribat məqsədi ilə yaya və Rövşən Lənkəranskini hansısa düşünülməmiş hərəkətlərə sövq etməyə çalışa bilərlər.

Hazırda Bağırov Canıyevin vəkili deyil, çünki Lənkəranskinin Azərbaycan ərazisində qanunlarla problemi yoxdur. Ancaq Canıyev vaxtaşırı olaraq onunla hüquqi məsələlərdə məsləhətləşir.

Virtualaz.org

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycan XİN Fransada törədilmiş terror aktını pisləyib

Next Post

Sabiq deputat yenə həyat yoldaşını məhkəməyə verdi

Bənzər yazılar

Yer səthinin altında nəhəng okean aşkar edilib

Yer səthinin altında nəhəng okean aşkar edilib

16 Aprel 2024 - 13:00

Alimlər Yer qabığında nəhəng okean aşkar ediblər. Oken planetimizin səthindən bir neçə yüz kilometr aşağıda yerləşir. Elchi.az bu barədə Theplanetstoday.com-a...

Dünyanın ən yaşlı birləşmiş əkizləri vəfat etdi

Dünyanın ən yaşlı birləşmiş əkizləri vəfat etdi

13 Aprel 2024 - 13:57

Dünyada rekordlar qıran Ginnesin Rekordlar Kitabı dünən 'dünyanın ən yaşlı birləşmiş əkizləri' rekorduna sahib olan Lori və Corc Şappelin 62...

Dünyanın ən izdihamlı yeri… 10 hektarlıq adada 1200 insan necə yaşayır?

Dünyanın ən izdihamlı yeri… 10 hektarlıq adada 1200 insan necə yaşayır?

27 Mart 2024 - 20:24

Hər il minlərlə turistin ziyarət etdiyi bu adada nə polis, nə qəbiristanlıq, nə işıq, nə içməli su, nə də kanalizasiya...

Ən aqressiv və mehriban it cinsləri-Araşdırma

Ən aqressiv və mehriban it cinsləri-Araşdırma

05 Mart 2024 - 11:21

Finlandiyalı mütəxəssislər hansı it cinslərinin aqressiv olduğunu öyrənmək üçün araşdırma aparıblar. Elchi.az Theplanetstoday.com-a istinadənm xəbər verir ki, onlar həmçinin növlərə...

Next Post

Sabiq deputat yenə həyat yoldaşını məhkəməyə verdi

Elnur Allahverdiyev “Neftçi”dən rəsmən qovuldu

Please login to join discussion
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.