Dünən Laçın yolunun girişində quraşdırılan yeni sərhəd keçid məntəqəsindən 11 nəfər istifadə edib.
Elchi.az xəbər verir ki, bu barədə “Caliber” Teleqram kanalı öz mənbələrinə istinadla xəbər verib.
Bildirilir ki, avtomobillə səkkiz nəfər Xankəndi-Gorus istiqamətində hərəkət edib, üç nəfər isə ölkəmizin ərazisinə daxil olaraq, Xankəndi istiqamətinə gedib.
O da vurğulanıb ki, erməni təbliğat-təşviqatının ümidsiz və gülünc cəhdlərinə baxmayaraq, heç bir neqativ hal qeydə alınmayıb.
Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı
Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...






