"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Laçın və Kəlbəcər təxribatı: Paşinyanın güzəştlər silsiləsi, Azərbaycanın ata biləcəyi addımlar

05 Sentyabr 2022 - 12:37
in SİYASƏT

“Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə görüşdükdən sonra sərhəddə hərbi təxribat əməlləri özünü büruzə verdi”.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Elchi.az xəbər verir ki, bu barədə siyasi şərhçi Aqşin Kərimov Feysbuk hesabında qeyd edib:

“Azərbaycan Müdafiə Nazirliyinin açıqlamalarına əsasən, Ermənistan silahlı bölmələri Laçın və Kəlbəcərdəki mövqelərimizi atəşə tutublar.
İnsident hərbi məzmunlu olsa da, bunu Nikol Paşinyanın Azərbaycana təqdim etməyə məcbur qaldığı güzəştlər silsiləsi kontekstində izah etmək məntiqi yaranır.
Birincisi, sülh danışığının raundunu hansı tərəfin – Rusiya və ya Avropa İttifaqı – təşkil etməsindən asılı olmayaraq, qapalı şəraitdəki danışıqların nəticələri Azərbaycanın sərhəddəki mövqelərinin daha da yaxşılaşdırılmasını şərtləndirir.
İkincisi, Azərbaycan Paşinyanın hər dediyinə dərin inam bəsləmir, onun vaxt uzatmağa dair hiyləgər təcrübəsinin yenidən canlanacağı ehtimalına qarşı sərhədi bütün parametrlər üzrə möhkəmləndirir.
Sərhədlərdə mövqelər uğrunda gedən çəkişmədə Azərbaycan özünün dəstəkçisi kimi ən çox Türkiyəyə etibar edir, hərçənd ki, Rusiya və Qərb də Bakının mövqeyinə fundamental etiraz səsləndirmirlər – bəzi detalları çıxmaq şərtilə”.

Analitik vurğulayıb ki, beynəlxalq miqyasda ortada olan və açıq görünən etirazlar Azərbaycanın əleyhinə olmaq cığırından çıxaraq Rusiya-Qərb rəqabəti çərçivəsinə girir ki, bu da Bakını çox narahat etmir:

“Çünki sərhəddəki əməliyyat şəraiti və ona nəzarət Azərbaycanın əlindədir və sükanı istədiyi tərəfə döndərmək potensialı yeni mövqelərdə möhkəmlənməklə hər keçən gün inkişaf etdirilir.
Tam əminliklə demək olar ki, Azərbaycan sərhəddə Ermənistanın içərilərinə doğru açılan mənzərəni ən müasir texniki vasitələrlə, eləcə də vizual və kəşfiyyat imkanları ilə nəzarətdə saxlayır.
Ermənistan hər nə qədər çabalasa da, sərhəddə Azərbaycanın atdığı addıma qarşı müqavimət göstərmək gücündə deyil.
Çünki ordusu dağılıb, şəxsi heyət arasında dərin isterika hökm sürür və komandanlıq başını itirib. Üstəgəl, bu cür xaotik vəziyyət Ermənistan siyasi hakimiyyəti tərəfindən də qəbul edilmiş kimi görünür.
Digər yandan, Azərbaycan sərhəd zonasına hərbi texnikalar, ən müasir silahlarla yanaşı, canlı qüvvə olaraq da elit bölmələrin bir qismini yerləşdirib – əsasən komando birlikləri.
Şəxsi heyətin başqa hissəsi isə quru qoşunlarının digər bölmələridir ki, bu da mümkün risklərə qarşı hərbi əməliyyatın gücünü artıran vahid vasitəyə çevrilir.
Əgər risklər praktiki təzahürlərlə müşayiət edilərsə, Azərbaycan Ordusunun irəliləmə miqyası genişlənəcək və Ermənistanın təxribat məqsədilə güllə buraxdığı atəş nöqtələri bir başqa formada susdurulacaq.
Məsələnin siyasi tərəflərində də təəccüb yaradacaq məqamlar axtarmağa dəyməz. Çünki Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi məsələsində güc mərkəzlərinin balansı dəyişməyib.
Türkiyə Azərbaycanın strateji müttəfiqi, Rusiya və Qərb isə strateji tərəfdaşı kimi Bakının mövqeyinə sahib çıxırlar”.

Şayəstə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Tərtər işi”ndə ittiham olunan Rahib Məmmədov kimdir?

Next Post

“Tərtər işi”ndə zərərçəkənlərin sayı – Şok rəqəm

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
“Tərtər işi”ndə zərərçəkənlərin sayı – Şok rəqəm

“Tərtər işi”ndə zərərçəkənlərin sayı - Şok rəqəm

Eyvazov onu Şirvana DYP rəisi təyin etdi

Eyvazov onu Şirvana DYP rəisi təyin etdi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.