"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Laçın yoluna nəzarət: İlham Əliyev ilin əvvəlində nə demişdi?

24 Aprel 2023 - 13:23
in MANŞET

Prezident İlham Əliyev ilin əvvəlində – 10 yanvar tarixində yerli telekanallara müsahibəsində Laçın yolunda ekofəalların aksiyasına münasibət bildirərkən, bir xoş proqnozla çıxış etmişdi: “Əminəm ki, 2023-cü ildə bizi çox yaxşı anlar gözləyir. Çünki bilirsiniz, dünyada mümkün olmayan bir şey yoxdur. Qayıdırıq Laçın-Xankəndi yolundakı həmin aksiyaya. Kimin ağlına gələ bilərdi ki, 2022-ci ildə – müharibədən cəmi iki il sonra artıq tamamilə yeni bir vəziyyət yaranacaq”.
Söhbət hansı vəziyyətdən gedirdi, Azərbaycan liderinin çıxışındakı şifrələr nə idi?
Laçın yolunda nəzarət-keçid məntəqəsinin qurulması bu suala da aydınlıq gətirdi. Əliyev həqiqətən də “nəyi nə zaman edəcəyini yaxşı bilir”.
2022-ci ilin 12 dekabrında Laçın yolunda etiraz aksiyasının başlanması ilə yoldakı nəzarət de-fakto Azərbaycanın nəzarətinə keçdi. Bu, müharibədən sonra Qarabağda yeni situasiyanın yaranması demək idi. Buna qədər Laçın yolu 10 noyabr razılaşmasına zidd olsa da, ermənilərin istədiyi kimi istifadə etdiyi marşruta çevrilmişdi və bütün qanunsuzluqlar məhz Rusiya sülhməramlılarının yaratdığı şəraitə uyğun həyata keçirilirdi.
Ermənistandan silah-sursat, hərbi texnika, minalar və canlı qüvvə daşınır, istənilən şəxs rahat şəkildə Azərbaycan ərazisinə girib-çıxa bilirdi. Daşınan minaların Azərbaycan ordusunun hərəkət marşrutlarında basdırılması nəticəsində onlarla hərbçimiz şəhid oldu. Nəticə etibarilə, Qarabağda 10 minlik qanunsuz silahlı dəstə yaradılıb. Separatçıların “ordusu” adlandırılan bu dəstə tam təchiz olunmuş şəkildə Azərbaycan ordusuna qarşı təxribatlar törədir. Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazilərdəki mədənlərin qanunsuz istismarı nəticəsində əldə olunan sərvətlərimiz də məhz Laçın yolundan daşınırdı.
Ekoaksiyanın başlanması ilə Laçın yolundan qanunsuz daşımalara nəzarət gücləndirildi və silah-sursat daşınmasının qarşısı alındı. Lakin separatçılar daşınmanı dayandırmadılar. Torpaq yollardan istifadə etməklə yenə sülhməramlıların müdafiəsi altında silah-sursat, canlı qüvvə daşınması həyata keçirildi. Bu prosesdə Ermənistan və Rusiya sülməramlıları ortaq hərəkət edirlər.
Azərbaycan Ordusunun son əməliyyatları ilə separatçıların istifadə etdiyi torpaq yollar nəzarətə götürüldü. Beləliklə, separatçıların xarici aləmlə – Ermənistanla bağlantıları nəzarət altına düşdü. Buna paralel olaraq, rəsmi Bakı reinteqrasiya prosesinin başlanması ilə bağlı təkliflə çıxış edir, erməni əhalisi ilə təmaslar qurmağa çalışırdı. Lakin bu prosesin qarşısını alan separatçılar yenidən əlavə keçid yollarının axtarışına cəhdlər etdilər.
Bütün bunlar Laçın yolunda nəzarət-keçid məntəqəsinin qurulmasını qaçılmaza çevirdi. Bunun olmaması ciddi problemlər yaradır:
1. Separatçılar Ermənistan və Rusiya sülhməramlılarının dəstəyi ilə silah-sursat, canlı qüvvə və hərbi texnika daşımaq üçün əlavə keçid yollar axtarışını dayandırmır;
2. Onların bu cəhdlərinin qarşısı alınsa – yeni keçidlər nəzarətə götürülsə də, problem aradan qalxmır: Ordumuz yeni yolları da nəzarətə götürəcək, separatçılar isə yenisini axtaracaq, sülhməramlıları da bu məsələdə onlara dəstək verəcəkdilər;
3. Laçın da daxil olmaqla azad olunmuş digər ərazilərə yaxın dövrdə köçürüləcək mülki insanların həyatı təhlükə altında olacaqdı;
4. Suveren ərazimizdə qondarma rejim silahlanır və erməni əhalisinə təzyiq edərək, reinteqrasiyanın qarşısını alır;
5. Azərbaycanın öz suveren ərazilərinə nəzarəti bərpa etməsi perspektivi getdikcə çətinləşir;
Bu vəziyyətlə barışmayan Azərbaycan dövləti və xalqının əsas tələbi Laçın yoluna nəzarət-keçid məntəqəsinin qurulması idi. Nəhayət, Dövlət Sərhəd Xidməti Laçın yolunda nəzarət-keçid məntəqəsini qurdu.
Bu addımdan sonra artıq bütün tərəflər yeni reallığı qəbul etməlidir.
Ermənistan Azərbaycanın ərazi bütövlüyünə qarşı cəhdləri dayandırmalıdır. Çünki rəsmi İrəvan Ermənistanın ərazi bütövlüyü və suverenliyini bütün vasitələrlə qorumağa çalışır. Bunu istəyirlərsə, o zaman, Azərbaycanın suveren ərazisinə müdaxilə cəhdlərindən də imtina etməlidirlər. Azərbaycanın öz suveren ərazilərini qanunsuz müdaxilələrdən qoruması və sərhəd-keçid məntəqələrində nəzarəti təmin etməsi onun suveren və ayrılmaz hüququdur. Beynəlxalq ictimaiyyət bu hüququn ifadəsinə hörmətlə yanaşır. Ermənistan, o cümlədən, bütün tərəflər buna hörmət etməlidir. Bununa yanaşı, Azərbaycanın nəzarət-keçid məntəqəsi qurması Ermənistanın Laçın-Xankəndi yolunun üzərində birtərəfli qaydada post qurmasına qarşı adekvat addımdır.
Ermənilərin havadarları Ermənistan rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünü tanıdığı halda, öz iddialarından əl çəkməlidir. Ermənistan Praqa və Soçi sənədləri ilə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyıb. Nikol Paşinyan parlamentdə sonuncu çıxışı zamanı bunu bir daha rəsmi şəkildə dilə gətirdi. Ermənilər və Ermənistan bunu qəbul edirsə, heç kim “Roma papasından artıq katolik olmağa” cəhd etməməlidir.
“Humanitar fəlakət” iddiaları qəbuldilməzdir. Laçın yolunda aksiya başlayandan etibarən Azərbaycana qarşı bu cür iddialarla təbliğat aparılıb, halbuki, yol bütün humanitar yüklər və keçidlər üçün açıq olub. Eyni iddiaların indi də gündəmə gələcəyi bəllidir. Azərbaycan tərəfi rəsmi şəkildə bəyan etdi ki, yolda postun qurulması Qarabağda yaşayan mülki ermənilərin istifadəsini məhdudlaşdırmır. Əksinə qanuni və tənzimlənən gediş-gəliş üçün imkan yaradır. Məqsəd həqiqətən də humanitar yüklər və keçidlər üçün istifadədirsə, heç bir problem olmayacaq, amma Azərbaycan dövləti öz ərazisinə silah-sursat, canlı qüvvə və digər qanunsuz daşımalara da göz yuma bilməz.
Qarabağda yaşayan erməni əhalisi də yeni reallığı qəbul etməli, separatçı rejimin onlar üzərində oyun oynamasına qarşı çıxmalıdır. Prezident İlham Əliyev açıq şəkildə bəyan edib: Azərbaycan ərazisində yaşamaq istəyənlər vətəndaşlığı qəbul etməlidir, istəməyənlər çıxıb getməlidir;
Azərbaycan ermənilərə daha yaxşı və perspektivi olan həyat verə bilər, yaxud getmək istəyənlərə bölgəni tərk etmələrinə şərait yarada bilər. Üçüncü bir alternativ yoxdur və separatçılara qoşulmaq erməni əhalisinin gələcək həyatını da təhlükəyə atır. Bakının təklif etdiyi reinteqrasiya prosesi qaçılmaz reallıqdır və ermənilərin bunu qəbul etməsi onların daha yaxşı yaşamasının başlanğıcıdır.
Rusiya sülhməramlıları da reinteqrasiya prosesinə maneə olmamalı, öz missiyalarına uyğun davanaraq, erməni əhalisinin hüququ və təhlükəsizliyini, eyni zamanda, ya Azərbaycan vətəndaşı kimi yaşamaq, ya da bölgəni tərk etmək seçiminə hörmətlə yanaşmalıdır.
Laçın yolunda nəzarət-keçid məntəqəsinin qurulması Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərimizin gələcəyinin də birdəfəlik həlli deməkdir və bu, Xankəndidə Azərbaycan Bayrağının dalğalanmasına doğru gedən yolda ilk həlledici addım oldu. Artıq ermənilər üçün hər şey iki seçimdən ibarətdir: ya üçrəngli bayrağımızın altında daha yaxşı yaşamaq, ya da ərazilərimizi tərk etmək, üçüncü seçim yoxdur.

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Asif Nərimanlı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Laçın yolunə nəzarət: İrəvan xəyanət edir…

Next Post

Erməni qadınlar hərbi xidməti bu cür keçəcək

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post
Erməni qadınlar hərbi xidməti bu cür keçəcək

Erməni qadınlar hərbi xidməti bu cür keçəcək

Budanov: Rusiya nüvə zərbəsi endirməyəcək

Budanov: Rusiya nüvə zərbəsi endirməyəcək

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.