"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Laçında, Ermənistanla sərhəddə gömrük və dövlət sərhəd xidməti fəaliyyətə başlamalıdır”

24 Yanvar 2023 - 19:32
in Cebhe-banner, MANŞET

Qüdrət Həsənquliyev: “Rusiya özünü ləyaqətli dost və qonşu hesab edirsə özündə güc tapıb Azərbaycanın ərazi bütövlüyünün bərpasına mane olmamalı, Azərbaycanın haqq işini dəstəkləməlidır”

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Elchi.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin xalqcebhesi.az saytına müsahibəsini oxuculara təqdim edir:

– Qüdrət bəy, Avropa Parlamentinin, bəzi Avropa ölkələrinin, ABŞ dövlət katibinin Laçın – Şuşa yolunda ekoloqların keçirdiyi aksiya ilə əlaqədar Azərbaycan dövlətindən yolun açılmasını tələb etmələrinə və ölkəmizin buna görə təhdid olunmasına münasibətinizi bilmək istərdik.

– İşğalçı Ermənistanı müdafiə etmək istəyən dairələr anlamalıdırlar ki, onların guya Qarabağda yaşayan erməni əhalinin humanitar vəziyyətindən narahat olamları barədə dedikləri riyakarlıqdan başqa bir şey deyil. Əvvəla, yol humanitar fəaliyyət üçün açıqdır.Ordan yalnız hərbi silah-sursatın, minaların və qanunsuz istismar olunan təbii sərvətlərin daşınmasına imkan verilmir. Niyə onları Azərbaycan təbiətinin işğaçı qüvvələr tərəfindən qanunsuz və vəhşicəsinə istismar olunması narahat etmir? Niyə onları Azərbaycanın öz ərazisində – erməni sakinlərin yaşadığı Qarabağda, dövlətin suveren hüquqlarının bərpa olunmaması narahat etmir? Axı,onlar yaxşı bilirlər ki, həmin torpaqlar Ermənistanın işğalının nəticəsi olaraq Azərbaycanın nəzarətindən çıxarılıb. Niyə Ermənistandan tələb olunmur ki, qonşu dövlətin ərazi bütövlüyünü tanısın və qanlı seperatizmi dəstəkləməməsin? Niyə münaqişənin nədən başlamasını unudurlar? Bu riyakarlar fərqində deyil ki, işğalın nəticələri aradan qaldırılmayıb, bir milyon insan ev-eşiyindən didərgin salınıb. Onların çoxu 30 ildən artıqdır ki, ağır bir həyat yaşayırlar. Əgər buna həyat demək mümükünsə. On minlərlə azərbaycanlı ermənilər tərəfindən soyqrım cinayətlərinə məruz qalıb. Niyə onları digər sovet respublikalarındakı seperatçıların taleyi narahat etmir və onlara yardım etmirlər? Bilrsiniz, Qərb riyakarlarına ünvanlanacaq o qədər suallar var ki…

– Ali dəyərləri mənimsəmiş, inkişaf etmiş Qərb cəmiyyəti nədən bizə münasibətdə bu qədər ədalətsiz davranır?

– Səbələr çoxdu. Ən başlıcası bizim müsəlman ölkəsi olmağımızdır. Həm də Qərbdə güclü, siyasi baxımdan fəal ictimai-siyasi xadimləri alıb özlərinə işlətməyi bacaran pullu erməni diasporası var. Bizim müstəqil siyasət yürütməyimiz, Rusiya və Türkiyə ilə dostluq və əməkdaşlıq münasibətlərimiz də onları qıcıqlandırır. Ona görə bizə təzyiq edirlər. Biz də onların dediklərini qətiyyətlə rədd etməliyik. Əgər sülh istəyirlərsə, Ermənistana desinlər ki, Azərbaycanla heç bir şərtsiz sülh sazişi imzala, çünki Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Hüquqlara sayğı göstərənlər Azərbaycanın Qarabağ üzərində dövlət suverenliyinin bərpa olunmasına yardım etməlidir.Daha etnik seperatizmidəstəkləməməlidirlər. Azərbaycanın ərazi bütövlüyünü tanıyırlarsa, o zaman həmin ərazidə Azərbaycanın suveren hüquqları tanınmalıdırlar.

– Vəziyyətdən çıxış yolunu nədə görürsünüz?

– Ekofəalların aksiyası dayandırılmalı, Ermənistanla dövlət sərhəddi Laçında tam bərpa olunmalı, Laçında, Ermənistanla sərhəddə gömrük və dövlət sərhəd xidməti fəaliyyətə başlamalıdır. Azərbyacan Rusiya ilə bunu razılaşdırmalıdır. Heç kim bizə deyə bilməz ki, niyə dövlət sərhədlərinə nəzarət etmək istəyirsən. Biz Qərbin riyakar bəyanatlarını, Avropa İttifaqının Ermənistana göndərməyə hazırladığı 200 nəfərlik müşahidə missiyasını bir kənara atıb Rusiya ilə danışmalıyıq. Uzun illərdir mən bunu söyləyirəm. Rusiya özünü ləyaqətli dost və qonşu hesab edirsə özündə güc tapıb Azərbaycanın ərazi bütövlüyünün bərpasına mane olmamalı, Azərbaycanın haqq işini dəstəkləməlidır. Ermənistanla Rusiyanın müttəfiqlik münasibətləri o demək deyil ki, Rusiya Ermənistanın işğalçılıq siyasətini və etnik seperatizmi dəstəkləməlidir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Saziş təsdiqləndi: Bakı və Moskva…

Next Post

Türkiyə üçtərəfli görüşü ləğv etdi

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

06 May 2024 - 14:40

“ABŞ-nın Minsk qrupunun həmsədri kimi fəaliyyəti münaqişənin dondurulmasına və hansısa zamanda Azərbaycanı Qarabağın itirilməsinə yol açacaq referenduma sürükləmək olub” Ədalət,...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Next Post
Türkiyə üçtərəfli görüşü ləğv etdi

Türkiyə üçtərəfli görüşü ləğv etdi

Ərdoğan seçkilərdən əvvəl türklərin borclarını bağışlayacaq

Ərdoğan seçkilərdən əvvəl türklərin borclarını bağışlayacaq

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.