"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Laçında işlərin 80 faizi başa çatıb – Səfərəliyev

11 Noyabr 2023 - 16:18
in CƏMİYYƏT

Laçında aparılan işlər sürətlə davam etdirilir. Rayon sakinlərinin əmək fəaliyyəti üçün də işlər görülüb.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Elchi.az xəbər verir ki, bunu “Bakı Abadlıq Xidməti” MMC-nin nümayəndəsi Aqil Səfərəliyev Report-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Laçında hazırda 712 tikilidə işlər davam etdirilir:

“Onlardan 9-u çoxmənzilli binadır. Aparılan abadlıq tədbirləri çərçivəsində qeyri-yaşayış obyektləri və kommunikasiyalarla bağlı da işlər görülüb. Şəhərdə 75 qeyri-yaşayış obyekti, həmçinin kommunikasiya xətlərinin hamısı – təbii qaz, su, işıq və rabitə xətləri tamamilə yenidən çəkilib. Bundan əlavə, ümumi kanalizasiya sisteminin inşası başa çatdırılıb. Şəhər bütünlüklə işıqlandırma sistem ilə təchiz edilib. Ümumilikdə şəhər infrastrukturu ilə bağlı işlərin 80 faizi tamamlanıb”.

A.Səfərəliyev Laçında görülən işlər çərçivəsində buraya köçürülən ailələrin əsas məşğuliyyəti və əmək fəaliyyəti barədə də danışıb. O bildirib ki, hazırda Laçında yaşayan ailələrin əmək məşğuliyyəti sahəsində işlər görülür: “Bu istiqamətdə bəzi sahələr üzrə işlər yekunlaşmaq üzrədir. Belə ki, rayonun Zerti kəndi ərazisində yaradılan aqroparkda 50-yə yaxın fabrik və müəssisənin yaradılması nəzərdə tutulub. Bakı Abadlıq Xidməti tərəfindən inşa olunan bu sənaye müəssisələri ilə laçınlı ailələr daimi işlə təmin olunacaq. Artıq aqroparkda mebel və yun emalı müəssisəsi daxil olmaqla, 5 fabrik fəaliyyətə başlayıb. 50-yə yaxın müəssisənin istismara verilməsi ilə 1200-1300 nəfər Laçın şəhər sakini işlə təmin olunacaq. Hazırda fəaliyyətə başlayan müəssisələrdə 430 nəfər Laçın sakini işləyir”.

“Bakı Abadlıq Xidməti” MMC-nin nümayəndəsi söyləyib ki, Zerti Aqro və Sənaye Parkında yerləşən “Zootopia” (qoyun və keçi saxlama məntəqəsi), “Fəyaz bağı” (istixanalar), “Gusto” (ət kəsimxanası), “Həkəri” (balıq təsərrüfatı), “Aydınoğlu” (mebel fabriki) fəaliyyət göstərəcək.

O bildirib ki, Laçın dağlıq ərazidə yerləşdiyi üçün burada havalar tez soyuyur:

“Bu amil nəzərə alınaraq əhalinin qış istilik ehtiyatı artıq təmin edilib. Üstəlik, Laçın şəhəri noyabrın 8-dən etibarən təbii qazla təmin olunub. Sakinlərin istifadəsinə verilən evlərə kombi istilik sisteminin quraşdırılması da nəzərdə tutulub. Evlərdə və binalardan istilik sistemləri əvvəlcədən çəkilib, otaqlarda qızdırıcılar quraşdırılıb”.

Qeyd edək ki, Laçın şəhərinə indiyədək 315 ailə, yəni 1205 nəfər köçüb. Bu ay Laçına daha 75 ailənin qayıtması gözlənilir. Zabux kəndinə 94 nəfərlik 21 ailə geri dönüb. Ümumilikdə Laçın rayon ərazisinə 336 ailə, yəni 1299 nəfər köçürülüb.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Borrell: “Aİ ABŞ-ın Kiyevə yardımının kəsilməsini kompensasiya etməlidir”

Next Post

Şolts çağırış etdi: Bu 3 ölkəyə yardım edin…

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Şolts çağırış etdi: Bu 3 ölkəyə yardım edin…

Şolts çağırış etdi: Bu 3 ölkəyə yardım edin...

Azərbaycan XİN Polşanı təbrik etdi

Azərbaycan XİN Polşanı təbrik etdi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.