Paraqvaya gedərkən Nyu Yorkda dayanması Çinin reaksiyasına səbəb olan Tayvanın müvəqqəti lideri Lai Çinq-te səfərdən qayıdarkən ABŞ-ın San-Fransisko şəhərində fasilə verib.
Elchi.az xəbər verir ki, Tayvan xəbər agentliyi CNA-nın məlumatına görə, dünən yerli vaxtla günorta saatlarında San-Fransiskoya enən Lai, Tayvanın Vaşinqton nümayəndəsi Hsiao Bi-khim və Tayvandakı Amerika İnstitutunun prezidenti Laura Rosenberger tərəfindən qarşılanıb.
Hava limanı yaxınlığındakı oteldə qalan Lai otelin qarşısında Tayvanın Çinə birləşməsini tələb edən etirazçılar tərəfindən qarşılanıb.
Lai sosial şəbəkədəki paylaşımında gün ərzində ABŞ-da yaşayan tayvanlılarla görüşəcəyini bildirib.
Şayəstə Hüseynova





