"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Lalə Əmirova: Faiqin ev dustaqlığına buraxılmasını istəyirəm, səhhətindən çox narahatam

08 Fevral 2017 - 17:42
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Lalə Əmirova və Faiq Əmirli (Foto Lalə Əmirlinin Facebook səhifəsindən götürülüb)

Lalə Əmirova və Faiq Əmirli (Foto Lalə Əmirlinin Facebook səhifəsindən götürülüb)

Vəkil ev dustaqlığı ilə bağlı məhkəməyə vəsatət verib

AXCP sədrinin köməkçisi, “Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirlinin səhhəti getdikcə pisləşir.

Bu barədə Faiq Əmirlinin həyat yoldaşı Lalə Əmirova Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə ki, bir az əvvəl Faiq Əmirov evə zəng vuraraq səhhətinin ağırlaşdığını, əsasən sol ayağında, öd kisəsinə ciddi qalınlaşma olduğunu qeyd edib.

Lalə Əmirova Faiq Əmirlinin ev dustaqlığına buraxılmasını istəyir.

Onun sözlərinə görə 2 həftə əvvəl ondan analiz götürülməsinə baxmayaraq, heç bir ciddi müayinə aparılmır.

“Sabah onunla yenidən görüşəcəm. Faiqin vəziyyəti yaxşı deyil və mən çox narahatam” deyə o bildirib.

Öz növbəsində Faiq Əmirlinin vəkili Aqil Layıc onun həbsdən ev dustaqlığına buraxılması ilə bağlı fevralın 6-da Nəsimi Rayon Məhkəməsinə vəsatət verilib.

Vəkil deyib ki, F.Əmirlinin səhhəti hər gün pisləşir. “Onun durumundan prokurorluq da xəbərsiz deyil. Ümid edirəm ki, onu bu dəfə evə buraxacaqlar”, – vəkil bildirib.

Bir aya yaxındır F.Əmirlinin səhhətində problemlər yarandığı bildirilir. Ötən həftə onun müalicəsinin səmərə vermədiyi, yemək yeyəndə qaytardığı açıqlanmışdı.

Bununla bağlı hələlik Ədliyyə Nazirliyinin Penityensiar xidmətindən şərh almaq mümkün olmayıb.

İbtidai istintaq hərəkətlərinə gəldikdə isə vəkil bununla bağlı heç bir hərəkətlər aparılmadığını deyib.

F.Əmirli ötən il avqustun 20-da saxlanıb. Avqustun 22-də Nəsimi rayon Məhkəməsi onun haqqında 3 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar vermişdi. Sonradan onun həbs müddəti yenidən artırılıb. O, Cinayət Məcəlləsinin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. İstintaq orqanı onu ABŞ-da yaşayan Fətullah Gülən tərəfdarlarının “Hizmet” hərəkatının imamı kimi təqdim edib.

AXCP isə F.Əmirlinin həbsini siyasi sifariş sayır, hakimiyyətin bununla rəqiblərini sıradan çıxarmağa çalışdığını bildirir.

F.Əmirlinin həbsindən bir müddət sonra “Azadlıq” qəzetinin çapı da dayanıb.

Türkiyə rəsmiləri Fətullah Güləni ötən il iyulun 15-də bu ölkədə baş verən çevriliş cəhdini himayə etməkdə günahlandırırlar. Onun özü isə bu iddiaları rədd edib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İş adamı Cocuq Mərcanlıda quşçuluq ferması açır –  Ölkə başçısının tapşırığına ilk reaksiya

Next Post

Araz Əlizadənin deputat mandatının ləğvi tələb olunur- Səy-səy danışdıqı üçün

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Araz Əlizadənin deputat mandatının ləğvi tələb olunur- Səy-səy danışdıqı üçün

`Azerspace-1` 50 milyon dollar pul qazanıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.