Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Bakıya ekstradisiya olunan rus-yəhudi bloqqer Aleksandr Lapşinlə bağlı danışıqlar aparılmır.
Bu barədə “RİA Novosti” xəbər verir.
“Danışıqlar aparılmır, lakin Lapşinin qorunması üçün bütün mümkün hüquqi addımlar atılır”, – deyə Peskov bildirib.
Qeyd edək ki, Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər etmiş bloqqer Aleksandr Lapşin ötən gün Belarusdan Azərbaycana ekstradisiya edilib. Bloqqer 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.




