"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Larisa Məmmədovanın atasından Vahid Mustafayevə: “Gülləni vurasan başına” – FİLM QALMAQALI- VIDEO

22 Yanvar 2016 - 22:40
in XƏBƏR LENTİ

 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

ANS şirkətlər qrupunun vitse-prezidenti Vahid Mustafayevin çəkdiyi “Qanlı Yanvar” filmi birmənalı qarşılanmayıb. Filmin kəskin tənqidə məruz qalmasına səbəb 20 Yanvar hadisələrinin təhrif edilməsidir. “Qanlı Yanvar” filminin nümayişinə Facebook sosial şəbəkəsində öz etirazını bildirən istifadəçilər 20 Yanvar faciəsinin və onun qəhrəmanlarının hətta təhqir olunduğunu da qeyd edirlər. Belə ki, filmdə 1990-cı il yanvarın 19-dan 20-sinə keçən gecə meydana toplaşmış əliyalın insanlara siyahı ilə Sovet əsgərləri ilə döyüşmək üçün silahlar paylanması, meydanlarda süfrə ətrafında aksiya iştirakçılarının yeyib-içib keflənməsi, Namiq Qaraçuxurlunun timsalında aksiya iştirakçılarının şadyanalıq edib, meyxanalar söyləməsi və ən nəhayət 13 yaşlı Larisanın (Larisa Məmmədova) nikahdankənar hamilə qalmasına rəvac verən səhnələr canlandırılıb.
Məsələ ilə bağlı “20 Yanvar” Cəmiyyətinin sədri, hadisələrin canlı şahidi Soltan Əzimov Cebhe.info-ya “O filmin 20 Yanvar hadisələrinə heç bir aidiyyatı yoxdur, o film elə Vahid Mustafayevin şəxsi düşüncəsində olan bir filmdir” deyə bildirib: “Vahid Mustafayevin səviyyəsi nə yerdədirsə, o filmin də səviyyəsi o yerdədir. Həmin film milləti təhqir edən, 20 Yanvarı ləkələyən bir filmdir. Mən 1988-ci ildən hərəkatın içərisində, meydan hərəkatının mərkəzində olmuşam. Orada insanlara müqavimət göstərmək üçün silahlar paylanmayıb, heç bir yeyib içmək, keflənmək olmayıb. O filmdə yer alan kadrların reallıqla heç bir əlaqəsi yoxdur. Mən özüm şəxsən o filmə ilk irad bildirən insanlardan olmuşam. Mirşahin Ağayevə də iradımı bildirdim ki, filmi çəkərkən zəhmət çəkib 20 yanvar iştirakçılarından 5-10 nəfərlə görüşərdiniz, danışdırardınız, heç olmasa fikrinizdə, xəyallarınızda o hadisələr haqqında fikirlər formalaşardı. Siz real hadisənin iştirakçıları dura-dura nə düşünübsünüzsə, onu çəkib yayımlayırsınız. O ki qaldı filmdə yer alan Larisa obrazına, film ilk dəfə yayımlanarkən də Larisa Məmmədovanın ailəsinin etirazına səbəb olmuşdu. Hətta o filmdən sonra Larisanın ailəsinin üzərinə hücumlar da oldu, onlar qaçıb gizləndilər”.
Larisa Məmmədovanın atası Fərman Məmmədov da filmdən narazıdır: “Mən Larisanın atası olaraq mənfi qiymət verdim. O filmi çəkən şəxs düzgün olmayan adamlardan biridir. Mənə o film haqqında danışdılar, əsəbimdən, stressdən baxa bilmədim. Çox səviyyəsiz bir filmdir. Getsin özünkülərdən çəksin o filmi, getsin axtarsın görsün kimdi də biqeyrət? Gedib Qarbaçovu məhkəməyə vermir, gedib film çəkir ki, bizimkilər əlində avtomat Sovet əsgərlərinə atırdılar. Bu rusa yaxınlaşmaq deməkdir, bunlar bununla rus dəyirmanına su tökürlər. Hamı mənə zəng edir deyir, Fərman kişi, bu nə deməkdir, sənin qızını qoyublar ortalığa? Məni o filmdə biabır ediblər. Əlimdə əlac ola gedib gülləni vurasan başına, deyəsən al, bu da sənə çəkdiyin kino… Nə edim mən, əlil adamam. O filmin çəkilişi zamanı həmçinin çəkilişdən öncə və sonra mənə heç bir müraciət edilməyib, heç kim məlumat almayıb, mənim fikirlərim öyrənilmədən film çəkiblər. Larisanın qeyrəti bunlarda olsaydı, “belə” olmazdı”…
Qarşı tərəfdən səsləndirilən ittihamlarla bağlı münasibət öyrənmək üçün ssenari müəllifi və baş rejissoru, ANS şirkətlər qrupunun prezidenti Vahid Mustafayevin fikirlərini öyrənməyə çalışsaq da, səylərimiz nəticəsiz qaldı. ANS şirkətlər qrupunun ictimaiyyətlə əlaqələr departamentinin direktoru Mais Məmmədovun məsələyə münasibəti isə belə olub: “Hamının ağzını bağlamaq olmaz, kim nə istəyir sosial şəbəkədə yazır. Kimin xoşuna gəlmir, özü bilər. Tənqid edir, məhkəməyə versin. İndi biz duraq onların hamısı ilə “spor” eləyək? Xoşuna gəlmir getsin Amerika, Rusiya filmlərinə, nəyə istəyir baxsın. Onun atası da deyirsə mənim qızım elə deyil, belədirsə qoy versin məhkəməyə. Biz nəyə görə mübahisə edək? Biz işlə məşğuluq. Çox sağ ol deməlidir ki, Vahid bu filmi çəkib. Filmin nümayişi Kanadada, Estoniyada, Braziliyada oldu, mükafat aldı. Biz müsəlmanıq da hər şeyi pisləməliyik. Siz nə millətsiniz, heç nəyi bəyənmirsiniz? Mən yazaram, sübut da edərəm ki, yaxşı filmdir. Xoşun gəlmir, çevir başqa telekanala.Vəssalam”.

– See more at: http://cebhe.info/oxu/11301/#sthash.8NPrmUTz.dpuf

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Artan qiymətlər bir il ərzində sürətlə ucuzlaşacaq” – Vüqar Bayramov

Next Post

Teleradio Şurası Mirşahinin proqramını qapatdı

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Teleradio Şurası Mirşahinin proqramını qapatdı

Rusiya erməni mallarına qadağa qoydu

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.