Almaniyanın “Diehl Defence” müdafiə şirkətinin mətbuat xidməti bildirib ki, Estoniyanın müdafiə nazirləri Hanno Pevkur və Latviyanın müdafiə nazirləri İnara Murniece Almaniya Müdafiə Nazirliyinin rəhbəri Boris Pistorius ilə Avropa İttifaqının (Aİ) hava hücumundan müdafiə sisteminə qoşulmaq üçün niyyət məktubu imzalayıblar.
Elchi.az bu barədə Mk.ru-ya istinadən xəbər verir.
Mətbuat xidməti qeyd edib ki, görüş zamanı Estoniya və Latviya tərəfləri Almaniyanın müdafiə şirkəti ilə IRIS-T SLM yerüstü orta mənzilli hava hücumundan müdafiə sistemlərinin alınmasına dair müqavilə imzalayıblar ki, bu da müdafiə sektoruna ən böyük investisiyaya çevrilib.
Satınalma prosesinə rəhbərlik edən Estoniya Müdafiə İnvestisiya Mərkəzinin (ECDI) baş direktoru Maqnus-Valdemar Saar öz şərhlərində satınalmaların yüksək rəqabətli mühitdə rekord sürətlə həyata keçirildiyini və bütün tələblərin yerinə yetirilməsini təmin etdiyini bildirib.
O, əlavə edib ki, bu proses zamanı Latviya və Estoniyadan olan təşkilatlar hərtərəfli tələblər hazırlamaq, diqqətli qiymətləndirmə və danışıqlar aparmaq üçün qüvvələri birləşdiriblər və bunun ardınca ilk sistemlərin 2025-ci ildə çatdırılmasını və istismara verilməsini təmin etmək üçün yaxından layihə monitorinqi aparılacaq.
Yeganə




